Kimin kim olduğu bəllidir

Bilirsiniz ki, son 10 ildə ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirməkdədir. Azərbaycan dövləti bu gün nəhəng infrastruktur layihələrinin həyata keçirildiyi mərkəz olmuşdur. Respublikamız artıq dünya dövlətləri içərisində etibarlı tərəfdaşa çevrilmişdir. İmzalanan neft kontraktları vətənimizi aparıcı neft ölkələrindən biri kimi tanıtmışdır. Dünyanın əksər dövlətlərində vətəndaş müharibələri, maliyyə böhranları baş verdiyi halda, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür.Kimin kim olduğu bəllidir

Bilirsiniz ki, son 10 ildə ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirməkdədir. Azərbaycan dövləti bu gün nəhəng infrastruktur layihələrinin həyata keçirildiyi mərkəz olmuşdur. Respublikamız artıq dünya dövlətləri içərisində etibarlı tərəfdaşa çevrilmişdir. İmzalanan neft kontraktları vətənimizi aparıcı neft ölkələrindən biri kimi tanıtmışdır. Dünyanın əksər dövlətlərində vətəndaş müharibələri, maliyyə böhranları baş verdiyi halda, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür.
Lakin son illərdə şəxsi ambisiyaları üzündən əldə olunan uğurları, dövlətimizin inkişafını sevməyən bəzi, daxili və xarici qüvvələrin mövcudluğu bu inkişafa sevinənləri narahat edir. Yaxşı bilirik ki, dövlətimizin inkişafı, beynəlxalq müstəvidə əldə etdiyimiz uğurlar Azərbaycana düşmən mövqeyi bəsləyən işğalçı Ermənistan dövlətini və ona bu siyasətində dəstək olan bəzi ölkələri və siyasi qurumları qane etmir. Çünki bu gün Azərbaycan dövlətinin davamlı iqtisadi yüksəlişi onların məkrli planlarına ziddir.
Təəssüf hissi ilə qeyd etmək istərdim ki, hazırda ölkəmizin daxilində də pozucu fəaliyyəti ilə özgə dəyirmanına su tökən, işğalçı Ermənistana və onun himayədarlarına bilərəkdən və ya bilməyərəkdən xidmət göstərən qüvvələr də vardır. Bu – su bulandıran qüvvələr insan hüquqlarından, sosial bərabərlikdən, vətəndaş azadlığından ağız dolusu danışsalar da, Xocalıda, Qarabağın digər şəhər və kəndlərində dəhşətli vəhşiliklərlə öldürülən günahsız insanların, əsirlərin, girovların hüquqları maraqlandırmır. Ermənistan dövlətinə, dünyanın aparıcı təşkilatlarına qarşı günahsız körpələrin, yaşlıların, qadınların haqq, hüquq davası açmaq əvəzinə, bu gün Azərbaycan xalqına qarşı hakimiyyət, kürsü davası ilə çıxış edirlər. Vətənə layiqli vətəndaş olmaqdansa, vətənə, onun sabitliyinə və inkişafına atılan daş olurlar.
Son 20 ildə qara niyyətlərlə atılan bu daşlar vətənə kifayət qədər yük oldular. Təəccüb və təəssüflə bildirirəm ki, bu daşatanlar hədəfi hələ də düzgün seçə bilmirlər.
Milli Şura adı altında millətinə xəyanətkarlarından ibarət olan, əli azərbaycanlı qanına bulaşmış, işğalçı Ermənistandan etdikləri bəd əməllərə görə qrant qoparmaq üçün dəridən-qabıqda çıxan bu şəxslərin millətinə necə xəyanət etdiyinin dəfələrlə şahidi olmuşuq.
Azərbaycan Respublikasında keçirilən Prezidenti seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat-təbliğat kompaniyası çərçivəsində İsmayıllı şəhərində böyük mitinq-konsert keçirildi. YAP İsmayıllı rayon təşkilatının fəal üzvlərinin və bir neçə min seçicinin iştirakı ilə keçirilmiş bu mitinq-konsert proqramının şəkilləri sosial şəbəkələrdə özünü millət, xalq “təəssübkeşi” kimi qələmə verən Elçin İsmayıllı tərəfindən paylanılmış və burada çoxsaylı YAP üzvlərinə qarşı təhqiramiz ifadələr işlənmişdir.
Bu gün Milli Şura adı altında əməllərini davam etdirən bir qrup insanın qəpik-quruşuna görə İsmayıllı rayonuna, onun camaatına naxələf çıxan Elçin İsmayıllı və onun briqadası – “kütləvi vətənpərvərlər qrupu” öz rayonunun sakinlərini təhqir etmişdir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, həmin mitinqdə iştirak edənlərin hamısının Azərbaycan vətəndaşı olduğunu nəzərə alsaq, bu zaman Elçin İsmayıllı və ona havadarlıq edən Milli Şuranın Azərbaycan xalqına, onun vətəndaşlarına verdiyi dəyər bütün eybəcərliyi ilə üzə çıxır. Deməli, 20 il ərzində Azərbaycanda gedən inkişaf geriyə çəkən qüvvələrə nəinki təsir göstərmiş, əksinə, bu qüvvələrin Azərbaycan xalqına olan nifrətini daha da artırmış, insanlıq hisslərini pərdələmişdir.
Azərbaycan xalqının axan qanına laqeydliklə baxan, ölkəmizdə gedən inkişafın təsirindən çaşıb, nə edəcəyini bilməyən bu qüvvələr xalqımıza nə bəxş edə bilər? Bütün müşahidə etdiklərimizdən belə bir nəticə hasil olur ki, millət sevgisinin, vətənpərvərlik hissinin nədən ibarət olduğunu bilməyən Milli Şuranın üzvləri və onlara qoşulanlar heç də Azərbaycan dövlətinin gələcəyi, xalqımızın mənafeyi naminə hansısa işi görmək qabiliyyətində deyil. Bu qurumda birləşənlər sadəcə, dağıdıcı, pozucu qüvvələrin onlara Azərbaycanda ictimai asayişi pozmaları üçün verdikləri çaypulunun müqabilində stəkanda fırtına yaratmaq istəyən aldanmış vətəndaşlarımızdır. Belələri barmaqla saylan qədər olsa da, yenə narahatçılığa səbəbdir. Lakin xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Rayonumuzun sakinləri keçiriləcək istənilən seçkidə səslərini haqqa, ədalətə, inkişafa verib. Son seçkidə də Milli Şuranın rayonumuzda olan “fəalları” qazandıqları faizlə hansı səviyyəyə malik olduqlarını görəcəklər.
Ramid Qasımov

Şərh Yaz