Arzularımız böyükdür

Arzularımız böyükdür
İsmayıllı şəhər 2 nömrəli uşaq bağçası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və bu Nümunəvi Nizamnamə əsasında həyata keçirilir.Arzularımız böyükdür

İsmayıllı şəhər 2 nömrəli uşaq bağçası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və bu Nümunəvi Nizamnamə əsasında həyata keçirilir.
Arzularımız böyükdür
Bağça uzun illər uyğunlaşdırılmış, normal işləmək üçün imkanların məhdud olduğu darısqal və uçmaq təhlükəsində olan kiçik bir binada yerləşirdi. Rayondakı yeniliklərin yaddaqalan bir hissəsinə imza atmış şəhərin Mican ərazisində, Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə tikilən, müasir tələblərə cavab verən 20 yerlik uşaq bağçası bu ilin avqust ayının sonunda istifadəyə verildi. Bağçanın müasir avadanlıqlarla təchiz olunması İsmayıllı RİH-i tərəfindən yüksək səviyyədə həyata keçirildi.
Arzularımız böyükdür Arzularımız böyükdür
Mican yaşayış massivində bağçaya cəlb olunduğundan dəfələrlə artıq azyaşlı vardır. Bağçamızda yalnız bir qrup vardır. 3 yaşdan 6 yaşadək uşaqlarla eyni qrupda məşğul oluruq.
Qrupdakı uşaqların yaş fərqi tərbiyəçi müəllim Mehriban Salahovanı heç də narahat etmir. Bağçadakı şərait uşaqlarla birlikdə, qruplarla və fərdi şəkildə məşğul olmağa imkan verir.
Bağçadakı idman zalı, əyləncəli oyunlar otağı, gözəl şəraiti olan yeməkxana, yataq otaqları balacaların ürəyincədir. Uşaqların əksəriyyəti uşaq olsalar belə əvvəlki şərait və qayğı ilə mövcud vəziyyəti fərqləndirməyi bacarır, təmiz, kövrək qəlbləri ilə onlar üçün bu şəraiti yaradanlara minnətdarlıq edir, böyük “Sağ ol” larını deməkdən yorulmurlar. Bu sahədə valideynlərin etdikləri xeyir-dualar da diqqətəlayiqdir. Onların hamısı bir nəfər kimi, daxili rahatlıq və qürur hissi ilə bağçanın işindən, buradakı diqqət və qayğıdan razılıq edir, dövlətin və rayonun rəhbərliyinə minnətdarlıq edirlər.
Kollektivimiz kiçik olsa da, arzularımız böyükdür. Cəmiyyət üçün vətəndaş yetişdirməkdə təməlqoyan olduğumuzun məsuliyyətini dərindən dərk edirik.
Fidanlarımız ingilis dilində sərbəst sayır, hərfləri və rəqəmləri tanıyır, şeir parçalarını əzbərdən deyə bilirlər. Uşaqların intellektual oyunlara cəlb olunması onların əqli inkişafını formalaşdırmağa təkan və istiqamət verir.
Bağçamız təzədir. Buradakı səliqə-sahmanı qorumaq kollektivimizin başlıca vəzifələrindəndir. Bu işdə tərbiyəçi köməkçisi Düymə Kalmilova, aşpaz Gülər Nuriyeva, çamaşırçı Cəmilə Salmanova da əllərindən gələni əsirgəmirlər və
Tikilən bağça binasına, burada yaradılan hərtərəfli ış şəraitinə görə dövlətimizə, Yaponiya səfirliyinə, və İsmayıllı rayon İcra Hakimiyyətinə minnətdarlıq edir və inanıram ki, kiçik kollektivimizin böyük arzulara çatmasına səy göstərəcəyik.
Rəfiqə Əzimova,
uşaq bağçasının müdiri

Şərh Yaz