Uğurlar olsun, Kamil

Həmyerlimiz, polis serjantı Kamil Qafarovun qələbələrinə bir növ adət etmişik. Əgər Kamil hər hansı bir yarışda bir, yaxud bir neçə mükafat almasa, biz buna təəccüb edərik. Hələlik isə K.Qafarov qələbələrini sıralamaqdadır. Budur, Kamilin növbəti qələbəsinin sorağını aldıq.Uğurlar olsun, Kamil

Həmyerlimiz, polis serjantı Kamil Qafarovun qələbələrinə bir növ adət etmişik. Əgər Kamil hər hansı bir yarışda bir, yaxud bir neçə mükafat almasa, biz buna təəccüb edərik. Hələlik isə K.Qafarov qələbələrini sıralamaqdadır. Budur, Kamilin növbəti qələbəsinin sorağını aldıq.
Bu il sentyabrın 21-22-də Şamaxı Olimpiya-İdman Kompleksində pauerliftinq üzrə ölkə çempionatı keçirilmişdir. Bu yarışda Kamil də dünya rekordçusu olduğunu bir daha təsdiqlədi. 82 kiloqramadək olan çəkidə çıxış edən Kamil xüsusi təchizatla 225, təchizatsız isə 190 kiloqram nəticə göstərərək, öz çəki dərəcəsində olan idmançılar arasında qızıl medalı boynundan asmışdır.
K. Qafarov respublika milli yığma komandasının tərkibində dünya birinciliyinə hazırlaşır. Ümidvarıq ki, Kamil yenə də ənənəsinə sadiq qalacaq və qızıl medalla qayıdacaq.

Uğurlar olsun, Kamil!

Şərh Yaz