Məktəbin adını uca tutacaqlar

Məktəb illəri – ən şıltaq, unudulmaz, silinməyən xatirələri bizlər üçün yaşadan illərdir. Məktəb illərində kimisi çalışqanlığı ilə, kimisi hansısa yaşanmış hadisəyə görə müəllimlərin yaddaşında iz buraxmış olur. Axı şagird olduğu illər hər kəsin yaddaşında unudulmaz xatirələrlə dolu anlar kimi qalır. Orta təhsilini başa vurub, tələbə adını qazanmaq üçün hər bir şagird məktəbə əlvida deməyə tələsir. Bu, hər bir şagirdin arzusunun ilk pilləsidir. Hər bir məzun tələbə adı qazanmaq arzusunda olur. Bunun üçünsə, sınaqlardan üzü ağ çıxmaq və imtahanlardan yüksək bal toplamaq, bilik yarışında qaliblər sırasında olmaq lazımdır. Sübut etməlisən ki, məktəb illərini əbəs yaşamamısan. Məktəbin adını uca tutacaqlar

Məktəb illəri – ən şıltaq, unudulmaz, silinməyən xatirələri bizlər üçün yaşadan illərdir. Məktəb illərində kimisi çalışqanlığı ilə, kimisi hansısa yaşanmış hadisəyə görə müəllimlərin yaddaşında iz buraxmış olur. Axı şagird olduğu illər hər kəsin yaddaşında unudulmaz xatirələrlə dolu anlar kimi qalır. Orta təhsilini başa vurub, tələbə adını qazanmaq üçün hər bir şagird məktəbə əlvida deməyə tələsir. Bu, hər bir şagirdin arzusunun ilk pilləsidir. Hər bir məzun tələbə adı qazanmaq arzusunda olur. Bunun üçünsə, sınaqlardan üzü ağ çıxmaq və imtahanlardan yüksək bal toplamaq, bilik yarışında qaliblər sırasında olmaq lazımdır. Sübut etməlisən ki, məktəb illərini əbəs yaşamamısan.

Hər bir məzun doğma məktəbinin adını uca tutmağa çalışır. Tələbə adını qazanan hər bir məzun müəlliminin də sevincinə səbəb olur. R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin də yaxşı ənənələri var. Məktəbin yetirmələrinin sorağı müxtəlif mötəbər təşkilatlardan gəlir. Hər il tələbə adını qazanan məzunlarla fəxr edirik. Bu il məktəbimizi 8 nəfər məzun bitirmişdir. Onlardan dörd nəfəri – Nərgiz Əsədli Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya, Nərgiz Rəcəbova Azərbaycan Müəllimlər İnstitutunun ibtidai metodika, Mürsəl Musayev Milli Aviasiya Akademiyasının kompyuter mühəndisliyi və Əli Ələsgərli isə Bakı Biznes Universitetinin Dövlət və bələdiyyə idarəetməsi fakültələrinə qəbul olunmuşlar. Bu gün onlar tələbəlik həyatının ilk günlərini yaşayır, auditoriyalarda əyləşib ilk mühazirələrə qulaq asırlar. Tələbəlik illərində belə mühazirələr, seminarlar, imtahanlar qabaqda hələ çox olacaqdır. Əminik ki, bu ilki məzunlarımız da 126 yaşlı Basqal qəsəbə tam orta məktəbinin adını yaxşı oxumaqla uca tutacaqlar. Biz sizinlə fəxr edirik, əziz məzunlarımız!
Y.İbadova,
məktəbin müəllimi

Şərh Yaz