Xeyriyyəçilik ənənələri davam edir

R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbində son dövrlər xeyli dəyişikliklər baş vermişdir. Məktəbə gələn hər kəs bu dönüşün şahidi ola bilər. Gözəl tərtibatlı sinif otaqları, müxtəlif kabinetlər, muzey, şagirdlərin əl işlərindən ibarət sərgilər təhsil ocağına xüsusi yaraşıq verir. Məktəbin həyəti çiçəklərə bürünüb. Bütün bunlar məktəbin şagird və müəllim kollektivinin əməyinin bəhrəsidir. Təhsil ocaqlarına kömək etmək millətin gələcəyi üçündür. Məktəbimiz də bundan bəhrələnib.

İmkansızlara, kasıblara, qocalara, xəstələrə əl tutmaq, köməklik göstərmək xalqımıza dədə-babalardan qalmış bir xeyirxah ənənədir. “Əl tutmaq Əlidən qalıb” misalı da babalardan yadigardır. Ümumiyyətlə, Azərbaycanda xeyriyyəçilikdən söhbət gedəndə ilk növbədə, tarixi şəxsiyyət kimi tanınan Hacı Zeynalabdin Tağıyev yada düşür. Onun kimi xeyirxahlıq edən Vətən oğullarımız az olmamışdır. Yaxşı haldır ki, belə ənənələri bu gün də davam etdirənlər var.
Yeni dərs ili başlananda Bakıda yaşayan həmyerlimiz (evi Basqaldadır) yaxşıca bir xeyirxahlıq əməli ilə məktəbin kollektivini sevindirmişdir. Bu xeyirxah insan şagirdlərə 2 min manatlıq civarında məktəbli forması, məktəbə xeyli tədris ləvazimatları bağışlamışdır. Bəzi işçilərə pulla yardım etmişdir. Maraqlı və çox az rast gəlinən bir faktı da qeyd etmək yerinə düşər. Həmin şəxs bizdən xahiş etdi ki, bu işə görə onun adı heç yerdə hallanmasın. Ancaq bir sıra adamlar da var ki, kiməsə, kiçik bir yardım edəndə özü ilə böyük qrupda operator və jurnalist aparır. Axı islam dinində bildirilir ki, sağ əl verəni sol əl bilməməlidir. Adını çəkməsək də biz həmin xeyriyyəçimizə can sağlığı, işlərində uğurlar diləyirik.
Ümummilli liderimiz H. Əliyev: Təhsil millətin gələcəyidir, – demişdir. Bu gün təhsilimizin inkişafına kömək əli uzadan, yardım göstərən hər kəs bilavasitə, gələcəyimizə işıqlı yol açmış olur. Arzu edirik, belə xeyriyyəçilərin sayı çox olsun.

K.Məlikzadə,
məktəbin müəllimi

Şərh Yaz