Yaddas kitabcasi

“Belələri də var” silsiləsindən

* Ayıbına kor olub, dinc oturmur yerində,
Özü aydın görünür qara əməllərində.

* Şərə köklənib özü, yaxşıya kordur gözü,
Nəfəsi də yalandır, iftira, böhtan sözü.

* Fikirləşsən, bələdsən dabbaqdakı gönünə,
Düşmənim də düşməsin bu arsızın gününə.“Belələri də var” silsiləsindən

* Ayıbına kor olub, dinc oturmur yerində,
Özü aydın görünür qara əməllərində.

* Şərə köklənib özü, yaxşıya kordur gözü,
Nəfəsi də yalandır, iftira, böhtan sözü.

* Fikirləşsən, bələdsən dabbaqdakı gönünə,
Düşmənim də düşməsin bu arsızın gününə.

* Özün tikməxan bilir vəzifəyə, qulluğa,
Artıq sürüşüb düşüb lap arxaya, quyruğa.

* Siçan kimi girmişdi əbləh bütün ciblərə,
Yem olacaq inan ki, leşi onun itlərə.

* Salıb onu dalınca, sürüyür bir köhnəsi,
Hələ ki, tapılmayır bu qanmazın yiyəsi.

* Otuz-qırx nəfərin siyahısı əlində,
Hədyan hədə sözləri cəm olubdu dilində.

* Porsuğa bənzəri var, gizlənibdi yuvada,
Haramdı ona, vallah, belə təmiz hava da.

* Yarasa tək gecələr bir yerə toplaşırlar,
Utanmadan hamının işinə qarışırlar.

* Xəbərçilik yolunda dəstələnib gedirlər,
Rəzillik zirvəsinə çox asanca yetirlər.

* Bir yerdə satırdılar xəbərləri əvvəllər,
Tayı cəhənnəm olub, bu da düşər dərbədər.

* Daxili kif bağlayıb, paslanıbdı mənliyi,
Bənzəri var şeytana, xoşlamayır şənliyi.

* Tikilib-qurulana kor olub “çıxmışları”,
İrinə-qana dönər, əlbət ki, tıxmışları.

* Beş olub, yeddi olub gor eşməyə gedirlər,
Dəstəyə tor qurmağı yenə peşə edirlər.

* Dünən girib cibimə, bu gün durur üzümə,
Leşinə yer tapılmır, murdarlaşıb bu yeznə.

**
Özü söküb dağıdıb, yerində də turp əkib,
Hər işə pəl vurubdu, şeytana papış tikib.
Aylığı gecikəndə hər yana hücum çəkib,
Qələm girsin gözünə, indi kimdənsə yazır.

Sərəncamlar, qərarlar, hamısı ondan keçib,
Gödən dolub haramla, üstündən də su içib,
Bu nadürüst oğlanın artıq erası bitib,
İç üzünü açmağa çoxu amadə, hazır

Böhtan atır, şər yaxır ucada duranlara,
Özü çoxdan şərikdi tor, tələ quranlara.
Dəstək olub həmişə badalaq vuranlara,
Haqlını haqsız bilib, yenə də quyu qazır.

Qurşağadək salıbdı özün zibil içinə,
Hər ayın son günündə başlayardı “biçinə”
İmkansızın əhvalın almaz idi vecinə,
Kəsilib “gündəliyi”, tez-tez düz yoldan azır.

Bir kəndin küllüyündən tapıb gətirdim onu,
Təriflədim böyüyə ozamankı qoyunu,
Əvəzində başıma açdı min bir oyunu
Lənətləyin biridi, işləri də çox pozur.

Pusqularda yatmaqdı, tor qurmaqdı peşəsi,
Yıxılanda bir kəsi, qalxar ərşə nəşəsi.
Ömrü boyu olubdu satqınlığın təşnəsi,
Dəstəmazı gödəkdir, hər şeyi pisə yozur.
V.Salehov

Şərh Yaz