Vətəndaşların qəbulu

Vətəndaşların qəbulu
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq hər həftənin 3-cü günü vətəndaşları qəbul edir. Qəbullardan biri 18 sentyabr tarixində baş tutdu.Vətəndaşların qəbulu

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq hər həftənin 3-cü günü vətəndaşları qəbul edir.
Vətəndaşların qəbulu
Qəbullardan biri 18 sentyabr tarixində baş tutdu. Qəbulda İcra başçısı bildirdi ki, həyata keçirilən bu və digər tədbirlər regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində icra olunur. İsmayıllıda gedən sürətli inkişafın aydın göründüyünü deyən İcra başçısı respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıb.
Həmin gün qəbulda 33 nəfər vətəndaş iştirak edib. Müraciətlərin əksəriyyəti işədüzəlmə, kənd yollarının təmiri, sosial problemlərin həllində yaranan narazılıqların aradan qaldırılması ilə bağlı olub.
Edilən müraciətlər diqqətlə dinlənilib, aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz