Seçim seçicilərindir

Seçim seçicilərindir
19 sentyabrda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təşviqat-təbliğat kompaniyası çərçivəsində YAP İsmayıllı rayon təşkilatı Qalagah, Soltankənd, Mollaisaqlı kəndlərində seçicilərlə görüşüb.Seçim seçicilərindir
19 sentyabrda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təşviqat-təbliğat kompaniyası çərçivəsində YAP İsmayıllı rayon təşkilatı Qalagah, Soltankənd, Mollaisaqlı kəndlərində seçicilərlə görüşüb.
Seçim seçicilərindir
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova görüşlərdə son 10 ildə Azərbaycanın böyük inkişaf yolu keçməsindən danışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Misir Mərdanov, millət vəkili Novruzəli Aslanov keçirilən görüşlərdə çıxış edərək 10 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə endirildiyini qeyd ediblər.
Seçim seçicilərindir
Çıxış edənlərdən Qalagah kənd sakinləri Musa Əliyev, Qadir Məmmədov, Şahmərdan Abdurrəhmanov, Sadıx Mikayılov, Əhməd Əhmədov, Soltankənd kənd sakinləri Sabir Məhərrəmov, Turab Nağıyev, Məhəbbət Qasımov, Dilbər Süleymanova, Qeys Fərmayılov, Mollaisaqlı kənd sakinləri Cahan İsmayılov, İldırım Məsimov, Musa Sadıqov, Vüqar Gidayev, Ağakişi Osmanov, Şirin Mürsəlov, Qurban Şirinov və başqaları prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlərdən, Azərbaycan dövlətinin qüdrətinin artmasından danışıblar. Onlar həmçinin, qeyd ediblər ki, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyinə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib. Biz ölkəmizdə baş verən bu dəyişiklikləri yüksək qiymətləndiririk və qarşıdan gələn seçkilərdə onun namizədliyini dəstəkləyəcəyik.

Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat xidmətinin rəhbəri

Şərh Yaz