Azərbaycan Prokurorluğu – yaranması və inkişafı

Azərbaycan Prokurorluğu - yaranması və inkişafı
1 oktyabr 1918-ci il tarixdə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulan Azərbaycan Prokurorluğu orqanları mövcudluğu ərzində xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin yardımçılarından biri olmaqla, mürəkkəb və şərəfli bir təkamül yolu keçərək daim inkişaf etmiş və təkmilləşmiş, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz xalqına və dövlətçiliyimizə sədaqətlə qulluq etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini göstərmişdir.
Azərbaycan Prokurorluğu 95 illik inkişaf tarixi ərzində çətin, lakin çətin olduğu qədər də şərəfli bir təkamül yolu keçməklə, bu gün öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilən, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz kollektivini formalaşdıran mühüm bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərmişdir.
Azərbaycan Prokurorluğu – yaranması və inkişafı

1 oktyabr 1918-ci il tarixdə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulan Azərbaycan Prokurorluğu orqanları mövcudluğu ərzində xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin yardımçılarından biri olmaqla, mürəkkəb və şərəfli bir təkamül yolu keçərək daim inkişaf etmiş və təkmilləşmiş, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz xalqına və dövlətçiliyimizə sədaqətlə qulluq etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini göstərmişdir.
Azərbaycan Prokurorluğu 95 illik inkişaf tarixi ərzində çətin, lakin çətin olduğu qədər də şərəfli bir təkamül yolu keçməklə, bu gün öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilən, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz kollektivini formalaşdıran mühüm bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərmişdir.

Azərbaycan Prokurorluğu - yaranması və inkişafı
Prokurorluğun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı ilə davam etdirilmişdir. Məhz ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür. Ümummilli lider prokurorluq işçilərinin peşə bayramı gününü təsis etməklə yanaşı, bu əlamətdar günün yüksək təntənə ilə keçirilməsinə göstəriş vermişdir. Onun öz şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasına həsr olunmuş geniş yubiley tədbiri təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli tədbirdə ümummilli lider dərin məzmunlu nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini vermişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı dediyi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər etmişdir. Ümummilli liderin bu sözləri prokurorluq işçilərinin gündəlik fəaliyyət şüarına çevrilmişdir.
Prokurorluq yarandığı gündən bu günədək ölkədə gedən ictimai-siyasi proseslərlə sıx bağlı olmuş, prokurorluğun tarixinə Azərbaycan xalqının taleyi kimi çətin, lakin şərəfli səhifələr yazılmış, prokurorluq bolşevik-totalitar rejimin təsirlərinə məruz qalsa da, öz keyfiyyət xüsusiyyətini, yəni qanunçuluğun təminatçısı olmaq vəzifəsini qoruyub saxlaya bilmişdir. Bu tarixi mübarizədə prokurorluq çox çətin və mürəkkəb, həm də şərəfli yol keçərək müasir inkişaf səviyyəsinə çatmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə xalqına və dövlətinə sədaqətlə xidmət etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfəsini vermişdir. Konstitusiyada ölkənin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyəti və vəzifələri dəqiqləşdirilmişdir.
Hələ 1996-cı ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə yaradılan Hüquqi İslahatlar Komissiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınması və bu kimi əhəmiyyətli məsələləri nəzərdə tuturdu. Həmin islahatlar nəticə etibarilə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə rəvac vermişdir.
Prokurorluğun qanunçuluğun təmini və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu dövlət təsisatına çevrilməsi, fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz aparılmış bu mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının qanunun qəbul olunması ilə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyi daha da artırıldı. Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni bir mərhələyə qədəm qoymuşdur.
Prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş, zamanın tələblərinə uyğun bir sıra yeni idarə və şöbələr yaradılmışdır. Həyata keçirilən rasional xarakterli islahatlar nəticəsində bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyət üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi ilə əlaqədar 28 dekabr 2006-cı il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncam imzalamış və həmin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən konkret Tədbirlər Planı hazırlanaraq icraya yönəldilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Dövlət Proqramı ölkə başçısının prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadının, yüksək qayğısının təzahürü olaraq prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə, kadr potensialının gücləndirilməsinə, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılmasına, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəldilmişdir.
Azərbaycan Prokurorluğunun yarandığı gündən keçən 95 il ərzində prokurorluq daha da təkmilləşmiş, hüquq sisteminin inkişafında, hüquqi dövlət quruculuğu prosesində iştirakında əhəmiyyətli irəliləyişlərə nail olunmuş, vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə zəmin yaradılmışdır.
İsmayıllı rayon prokurorluğunun kollektivi bu gün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurulması istiqamətində səylərini daha da artıraraq qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsində, xalqına xidmətdə, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin qorunmasında yeni-yeni nailiyyətlər əldə etməyə çalışacaqdır.
İlkin Mustafayev,
İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas

Şərh Yaz