Dövlətin gücü – vətəndaşa qayğı

Dövlətin gücü - vətəndaşa qayğı
Sentyabr ayının 21-də rayonumuzun Tircan, Topçu kəndlərində tibb məntəqəsi, Lahıc qəsəbə və İvanovka kəndində isə xəstəxana binalarının açılış mərasimi keçirildi.
Təntənəli açılışlarda Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyyə Mustafayeva, görülmüş işlərin layihə rəhbəri Rəşad Mafusov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Avtandil Rəhimov, ərazilərdəki ictimaiyyətin nümayəndələri və səhiyyə işçiləri iştirak etdilər…
Dövlətin gücü – vətəndaşa qayğı

Sentyabr ayının 21-də rayonumuzun Tircan, Topçu kəndlərində tibb məntəqəsi, Lahıc qəsəbə və İvanovka kəndində isə xəstəxana binalarının açılış mərasimi keçirildi.
Təntənəli açılışlarda Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyyə Mustafayeva, görülmüş işlərin layihə rəhbəri Rəşad Mafusov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Avtandil Rəhimov, ərazilərdəki ictimaiyyətin nümayəndələri və səhiyyə işçiləri iştirak etdilər…

Dövlətin gücü - vətəndaşa qayğı Dövlətin gücü - vətəndaşa qayğı
Tircan kəndindəyik. Kəndin mərkəzində, son dərəcə yüksək zövq və ustalıqla inşa olunmuş tibb məntəqəsinin önündəyik. İki gün əvvəl burada təbii qazın açılışına toplaşanlar yenə də bayram təntənəsini yaşayırlar. Açılış müəyyən olunduğu vaxtda baş tutur.
Açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini S.Əhmədova çıxış edərək, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edir və bildirir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri odur ki, Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevrilib, ölkədə böyük inkişafın, tərəqqinin bünövrəsi qoyulub. Müstəqillik, azadlıq olan yerdə inkişafın, tərəqqinin olması təbiidir. Bu günün sevincli anlarını yaşadığımız, bu müasir səhiyyə ocağının açılışı da dediklərimizi bir daha təsdiq edir.
Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyinin rəsmisi son bir neçə ildə Azərbaycan iqtisadiyyatının, büdcəsinin dəfələrlə artdığını, bu artımla bərabər vətəndaşların rifahının yüksəlməsini diqqətə çatdırdı. Əlamətdar hadisə münasibəti ilə yerli sakinləri təbrik edən qonağın xoş, səmimi arzularını tədbirə toplaşanlar alqışlarla qarşıladılar.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi A.Rəhimov istifadəyə verilən tibb məntəqəsini Azərbaycan dövlətinin tircanlılara hədiyyəsi kimi dəyərləndirdi. Onların heç vaxt xəstələnməmələrini, bu gözəl obyektdən yalnız sağlamlıqlarına nəzarət məqsədilə istifadə etmələrini arzuladı.
Açılışda çıxış etmək üçün kəndin ağsaqqalı, tanınmış el sənətkarı Aşıq Yanvar Bədəlov söz alır. O yaradılan şəraitə görə aidiyyəti qurumlara kənd sakinləri adından minnətdarlığını bildirir. Çıxışının sonunda, gülə-gülə: – Belə gözəl bir tibb məntəqəsinin olduğunu görən tircanlılar bundan sonra heç xəstələnməzlər də deyib, razılığını bildirir. Məntəqənin açılış rəmzi olan qırmızı lenti kəsmək də elə A.Bədəlova həvalə olunur.
Binanın daxilindəki şərait və rahatlıq, müasir avadanlıqlar göz oxşayır. Kənd sakinləri açılışda iştirak edən qonaqlarla bərabər məntəqənin imkanları ilə tanış olurlar.
Hər şey gözəl və ürəkaçandır. Kənddə tibbi təhsil almış bircə nəfərin belə olmamasını eşitməyimiz bizi bir qədər mütəəssir edir. Düşünürük ki, bu hal da müvəqqətidir. Axı rayonumuzda yenicə açılmış kollecdə tibb işçiləri hazırlayan fakültə vardır. Görünür bu məhz rayonda tibbi kadrların çatışmazlığını aradan qaldırmaq məqsədinə xidmət edir.
Tircan kəndinin günün fərəhini bayram edən sakinlərindən ayrılıb Lahıc qəsəbəsinə yollanırıq. Qədim tarixə və mədəniyyətə malik olan Lahıc qəsəbəsində də qonaqları gül-çiçəklə qarşılayırlar. İkimərtəbəli, müasir memarlıq üslubunda inşa olunmuş, 15 çarpayı yerlik, müxtəlif xəstəliklərin müalicəsi üçün kabinetləri və doğum şöbəsi olan xəstəxananın önündə böyük izdiham var. Qaydalara uyğun olaraq, burada da açılış mərasimini gerçəkləşdirən çıxışlar, fikirlər səslənir. RİH başçısının müavini S.Əhmədova qəsəbə sakinlərinə başçının salamlarını və təbrikini çatdırır.
RİH başçısının Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Haqverdiyev Lahıcın, ətraf kəndlərin sakinləri adından ölkə rəhbərliyinə, layihənin icraçılarına dərin minnətdarlığını bildirir.
Qəsəbənin ağsaqqalı, gözəl ziyalı, qocaman müəllim Ənvər Balayevdən səhiyyə ocağının açılış lentini kəsmək xahiş olunur. O, bu xahişi böyük məmnunluqla yerinə yetirir.
Dövlətin gücü - vətəndaşa qayğı Dövlətin gücü - vətəndaşa qayğı Dövlətin gücü - vətəndaşa qayğı
Xəstəxanaya baxışda toplantı iştirakçılarının əksəri iştirak etdi. Hamı heyranlıqla razılığını bildirdi. Baxış başa çatdıqda Rayon Mərkəzi Xəstəxanasının baş həkimi A.Rəhimov burada çalışanların hər birinə iş avandlığı, can sağlığı arzuladı, burada tikilən, qurulan hər nə varsa qorunmasını xahiş etdi.
Baxışlarından razılıq və sevinc yağan Lahıc camaatından ayrılmaq vaxtı çatdı. Nümayəndə heyətini növbəti açılışa aparan avtomobillər qarşıdakı tini burulub, görünməz olana qədər razılıq əlaməti kimi, tədbirə toplaşanların əlləri havada yelləndi…

Gün günorta yerində, açılış mərasimlərinə qatılan nümayəndə heyəti isə artıq İvanovka kəndindədir.
İstifadəyə hazır xəstəxana binasının önünə yığılmış sakinlər arasında, “ev sahibləri”, ağxalatlılar diqqəti elə uzaqdan cəlb edir. Qarşısında durduğumuz xəstəxana binası İsmayıllıda bu gün açılışı olan üçüncü tibb müəssisəsidir, – deyə baş həkim açılışa start verir. Baş həkim gələn qonaqları təqdim etdikdən sonra yerli sakinlərə xəstəxanaya profilaktiki məsləhətlər, müalicələr almaq üçün müraciət etmələrini arzulayır. Zarafatdan çox ciddiliyi olan arzusunu toplaşanlara çatdırır:
– Arzum odur ki, bu xəstəxananın doğum şöbəsində daimi canlanma olsun. Burada həyata çoxlu sağlam oğlanlar və qızlar gəlsinlər. Əkiz doğulsalar, daha yaxşı olar.
Mərasimində çıxış edən Səhiyyə Nazirliyinin əməkdaşı Z.Mustafayeva əlamətdar gün münasibəti ilə yerli sakinləri təbrik etdi, onlara xoş, səmimi arzularını çatdırdı. O həmçinin bildirdi ki, ətraf kəndlərdə yaşayanlar da buradakı geniş imkanlardan yararlana biləcəklər. Bunun üçün binada hər cür şərait var. İvanovka-Hacıhətəml-Mollaisaqlı yolunun yüksək səviyyədə asfaltlanması da bu məsələdə öz rolunu oynayacaqdır.
Dövlətin gücü - vətəndaşa qayğı Dövlətin gücü - vətəndaşa qayğı
RİH başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə kəndin sakinləri adından, Azərbaycan dövlətinə, rayon rəhbərliyinə və eləcə də baş həkimə kənd sakinləri adından minnətdarlıq etdi.
Binanın içərisinə baxışdan hamı razı qaldı. Sakinlər müşahidələrini dövlətin gücü və vətəndaşlara qayğı kimi dəyərləndirdilər.
Günün ikinci yarısıdır. Topçu kəndində inşa olunmuş tibb məntəqəsinin önü gözlənilən səviyyədə izdihamlıdır. Tədbirə toplaşanların böyük əksəriyyəti gənclərdir.
Kənd sakinlərini salamlayan baş həkim bugünkü günün İsmayıllıda bayram kimi qeyd olunduğunu söyləyir və eyni gündə artıq dördüncü səhiyyə ocağının açılışının olduğunu bildirir. Bu münasibətlə kənd sakinlərini təbrik edən Avtandil həkim onların hər birinə can sağlığı arzulayır.
Tədbirdə çıxış edən S.Əhmədova təbriklərə qoşulur, RİH başçısının salamlarını və təbrikini yerli sakinlərə çatdırır. Onların hər birinin bugünkü qədər şən və fərəhli olmalarını arzulayır.
Kənd sakinləri adından əlaqədar təşkilatlara minnətdarlıq etməyi RİH başçısının Topçu İƏD-i üzrə nümayəndəsi Gülzar Şirəliyeva öz üzərinə götürür. Topçu tibb məntəqəsinin açılış lentini kəsmək şərəfi məntəqənin həkimi Ziya Məmmədova nəsib olur. Açılışdan sonra hamı şəraitlə tanış olmağa can atır.
Dövlətin gücü - vətəndaşa qayğı Dövlətin gücü - vətəndaşa qayğı
Məntəqənin işıqlı, yaraşıqlı dəhlizini, otaqları, otaqlara yerləşdirilən müasir tibb qurğularını və avadanlıqları görən sakinlər fərəhlərini gizlətmədən minnətdarlıq bildirən fikirlər ifadə edirlər.
Sonda əvvəlki 3 açılışda olduğu kimi, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov göstərilən diqqət və qayğı üçün ölkə başçısına, Səhiyyə Nazirliyinə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirdi. O, yeni tibb məntəqələri və xəstəxanalarda rayon sakinlərinə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcəyini söylədi.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz