Neft-qaz sənayesi işçilərinin peşə bayramı

Neft-qaz sənayesi işçilərinin peşə bayramı
Sentyabrın 19-da İsmayıllı rayonunda Neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir öncəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyulub.

Peşə bayramı münasibətilə İsmayıllı Rayon Gənclər Mərkəzinin iclas zalında keçirilən mərasimdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Qaz İstismar Sahəsinin işçilərini təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O qeyd edib ki, məhz bu siyasətin nəticəsində ölkəmiz dünyanın ən yüksək templə inkişaf edən lider dövlətlər sırasındadır.
İsmayıllı Rayon Qaz İstismarı Sahəsinin rəisi Eldar Səlimzadə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın iqtisadi və siyasi inkişafı üçün atdığı çevik və mütərəqqi addımlardan bəhs edib və bildirib ki, məhz 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın ən iri neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” ölkəmizin bugünkü və gələcək iqtisadi inkişafına təminat yaradıb.
Çıxış edənlər İsmayılının 3 kəndinə təbii qazın verilməsinin mühüm hadisə olduğunu qeyd edib, ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarət olduğunu bildiriblər.
Tədbir İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət evinin “Niyal” ansamblı üzvlərinin və aşıqların ifasında konsert proqramı ilə davam edib.
Ş.Soltanov
Ç.Bəhərçinli

Şərh Yaz