Bağıyeva Ayna Sarxan qızı

Bağıyeva Ayna Sarxan qızı
Rayonun təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Fəal müəllim, yaxşı yoldaş, müəllimlərin yaxın məsləhətçisi, Rayon Təhsil Şöbəsi metodkabinetinin metodisti Bağıyeva Ayna Sərxan qızı dünyasını dəyişmişdir. Bağıyeva Ayna Sarxan qızı

Rayonun təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Fəal müəllim, yaxşı yoldaş, müəllimlərin yaxın məsləhətçisi, Rayon Təhsil Şöbəsi metodkabinetinin metodisti Bağıyeva Ayna Sərxan qızı dünyasını dəyişmişdir.
Bağıyeva Ayna Sarxan qızı
Bağıyeva Ayna Sərxan qızı 1946-cı ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Ayna müəllimə 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş və müəllimlik fəaliyyətinə başlamışdır. Ayna müəllimə işlədiyi müddətdə qabaqcıl müəllim kimi tanınmış, bir sıra medallar, Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunmuş, Azərbaycan müəllimlərinin Vll qurultayına nümayəndə seçilmişdir.
Çoxsaylı elmi və metodiki məqalələri respublika və rayon mətbuatında dərc olunmuşdur.
1983-cü ildən “Riyaziyyat dərslərində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi” mövzusunda qabaqcıl iş təcrübəsi öyrənilib, respublika miqyasında yayılmışdır.
Yüksək peşəkarlığı ilə seçilən Ayna müəllimə 1990-cı ildə Rayon Təhsil Şöbəsinin metodisti təyin olunmuşdur. Ayna müəllimə RTŞ-nin metodisti kimi dəyərli məsləhətləri ilə, xüsusən ibtidai sinif müəllimlərinin peşəkarlıq vərdişlərinin yüksəldilməsi işində köməyini əsirgəməmişdir.
Ayna müəllimə tez-tez gənc müəllimlərin dərslərində iştirak edir, onlara dəyərli məsləhətlər verirdi.
Rayon Təhsil Şöbəsinin işçiləri və rayonun çoxsaylı müəllim kollektivi Ayna xanımın vəfatından kədərlənir, ailəsinə, qohumlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İş yoldaşları

Şərh Yaz