Ana dilim

Ana dilim

Babalardan əmanətim,
Əsrlərdən qənimətim,
Can cövhərim, ruh şərbətim,
Ana dilim, ana dilim!
Ana dilim
Ana dilim

Babalardan əmanətim,
Əsrlərdən qənimətim,
Can cövhərim, ruh şərbətim,
Ana dilim, ana dilim!

Bütövlüyüm, birliyimsən,
Qürurumsan, mənliyimsən,
Bu dünyada kimliyimsən,
Ana dilim, ana dilim!

Ümidimsən, pənahımsan,
Dünənimsən, sabahımsan,
Ən kəsərli silahımsan,
Ana dilim, ana dilim!

Düşmənimə nifrətimsən,
Təbriz adlı həsrətimsən,
Ən qiymətli sərvətimsən,
Ana dilim, ana dilim!

Laylalardan doğulmusan,
Hikmətlərdən yoğrulmusan,
“Ana” deyib çağrılmısan,
Ana dilim, ana dilim!
Südabə Abdurzaqova (Şeyda),
İsmayıllı şəhər E. Məmmədov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Şərh Yaz