Uğurlarımıza sevinək

Uğurlarımıza sevinək
Tarix boyu insanlar təhsilə özünün mənəvi təkamül qüvvəsi kimi baxıb. Təhsildə baş verən yeniliklər həyati zərurətdir. Gündən-günə inkişaf edən cəmiyyətdə təhsil də özünün ən yüksək pilləsinə qalxır. Hər bir xalqın inkişafı onun təhsili ilə bağlıdır. Artıq elə bir cəmiyyətdə yaşayırıq ki, insanları müasir inkişafdan kənarda təsəvvür etmək çətindir. Bu gün internet, kompyuter, müasir texnologiyalar əsrində yaşayırıq. Təhsilin uğurları artıb, tədris üsulları təkmilləşdirilib, elektronlaşdırılıb. Bu işləri həyata keçirmək üçün, sözsüz ki, yenə əsas iş, məsuliyyət müəllimin üzərinə düşür. Müəllim axtarır, araşdırır, elmin sirlərini şagirdlərə açmaq üçün yeni yollar, üsullar tapır. Uğurlarımıza sevinək

Tarix boyu insanlar təhsilə özünün mənəvi təkamül qüvvəsi kimi baxıb. Təhsildə baş verən yeniliklər həyati zərurətdir. Gündən-günə inkişaf edən cəmiyyətdə təhsil də özünün ən yüksək pilləsinə qalxır. Hər bir xalqın inkişafı onun təhsili ilə bağlıdır. Artıq elə bir cəmiyyətdə yaşayırıq ki, insanları müasir inkişafdan kənarda təsəvvür etmək çətindir. Bu gün internet, kompyuter, müasir texnologiyalar əsrində yaşayırıq. Təhsilin uğurları artıb, tədris üsulları təkmilləşdirilib, elektronlaşdırılıb. Bu işləri həyata keçirmək üçün, sözsüz ki, yenə əsas iş, məsuliyyət müəllimin üzərinə düşür. Müəllim axtarır, araşdırır, elmin sirlərini şagirdlərə açmaq üçün yeni yollar, üsullar tapır.
Uğurlarımıza sevinək
Uğurlarımıza sevinək
Məktəbimizin pedaqoji kollektivi də bu inkişafa qoşulur və nailiyyətlərini ildən-ilə artırır. “Ən yaxşı ümumtəhsil məktəbi” adını şərəflə daşıyan kollektivimiz səy və bacarıqlarını genişləndirir. 2012-2013-cü tədris ili bizim üçün uğurlu oldu. Ali məktəblərə qəbulda şagirdlərimizin nəticələri xeyli yüksəkdir. Məktəbin fizika müəllimi Şəkər Hacıyeva “Ən yaxşı müəllim” adına layiq görüldü. Onun peşəsinə vurğunluğu, təhsilin müasir təlim metodlarına yiyələnməsi, üzərində daim işləməsi axır ki, öz nəticəsini verdi.
Bu günlərdə daha bir sevindirici xəbər məktəbimizin qapısını döydü: Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri elan ediləndə sevincimizin həddi-hüdudu olmadı. Məktəbimizin kimya müəllimi Dünyabəyim Eminova oğlu – məktəbimizin yetirməsi, hal-hazırda İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru işləyən Mayıl Fərəcovla birgə hazırladıqları və müsabiqənin “İnternet resusları” nominasıyası üzrə təqdim etdikləri kimya saytı ilə I yerə layiq görüldülər. Avqust ayının 23-də Təhsil Nazirliyində keçirilən təqdimetmə mərasimində diplom və bir çox qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Onu da qeyd etmək lazımdır ki, məktəbimizin müəllim və şagird kollektivinin 80-ə qədər işi bu müsabiqədə qəbul edilmişdir.
Müsabiqənin məqsədi Azərbaycan təhsilində kommunikasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlər üçün bu istiqamətdə daha böyük tədris imkanları artırmaqdır. Bu müsabiqə təhsil sisteminin informasiyalaşdırılması, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan İnternet Forumu, “Microsoft Azərbaycan” Təhsil Proqramları, Mədəd MMC, İntel “Gələcək üçün təhsil” layihələşdirmə İKT İnformasiya Mərkəzi, AZEDUNET təşkilatı və ULTRA şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.
Qabaqcıl müəllim olan Dünyabnəyim müəllimə də “Elektron tədris vəsaitlərindən bacarıqla istifadə edərək tədris prosesinin ən yaxşı modelini hazırlamışdır. Bu model təhsil proqramı və tədris prosesinin təşkili üçün mövcud olan tələblərə tam uyğun olması ilə seçilmişdir.
Kollektivimiz həmkarları Şəkər Hacıyevanı, Dünyabəyim Eminovanı və məktəbimizin yetirməsi olan Mayıl Fərəcovu qazandıqları uğurlara görə təbrik edir, onlara elmin çətin yollarında, gənc nəslin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayır.
Gilas Musayeva,
A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin direktor müavini

Şərh Yaz