Gəraybəylidə görüş-qəbul

Gəraybəylidə görüş-qəbul
Sentyabr ayının 5-də Gəraybəyli kəndində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib. Görüşdə kənd sakinlərinin RİH-nə müraciətləri əsasında ortaya çıxan problemlərdən söhbət gedib. Kəndin problemləri ilə tanış olduğunu bildirən M.Sadıqov onların əlbir həlli yollarının araşdırılmasından danışıb. Gəraybəylidə

Sentyabr ayının 5-də Gəraybəyli kəndində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib. Görüşdə kənd sakinlərinin RİH-nə müraciətləri əsasında ortaya çıxan problemlərdən söhbət gedib. Kəndin problemləri ilə tanış olduğunu bildirən M.Sadıqov onların əlbir həlli yollarının araşdırılmasından danışıb.
Gəraybəylidə görüş-qəbul
Gəraybəyli ərazi idarəetmə dairəsi Gəraybəyli mərkəz olmaqla Xəlilli və Eyyubbəyli kəndlərini əhatə edir. Bu kəndləri hər birinin sosial infrastrukturun yüksəldilməsi baxımından böyük diqqətə ehtiyacı var.
Ən böyuk problem kimi işə qadir olanların faydalı əməklə məşğul olmaması göstərilib.
M.Sadıqov kənd sakinlərinin işəqadir tərkibinin faydalı əməyə cəlb edilməsinin, gənclərin savadlı yetişdirilməsinin vacibliyini vurğulayıb. Onları öz istək və imkanları daxilində iş birliyi qurmağa dəvət edib.
Sakinlərin sosial sahələri əhatə edən şəxsi problemləri dinlənilib. Çıxışlarda işıq, qaz, içməli su, yolla bağlı problemlərin mövcudluğu barədə fikirlər səslənib.
Sonda, qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Ş,Soltanov

Şərh Yaz