Aşağıbaşın problemləri

Aşağıbaşın problemləri
11 sentyabr tarixində İsmayıllı şəhərinin Aşağıbaş hissəsində sakinlərlə sosial problemlərin öyrənilməsi və həlli istiqamətində görüş keçirilib. Aşağıbaşın problemləri

11 sentyabr tarixində İsmayıllı şəhərinin Aşağıbaş hissəsində sakinlərlə sosial problemlərin öyrənilməsi və həlli istiqamətində görüş keçirilib.
Aşağıbaşın problemləriAşağıbaşın problemləri
Kənd sakinləri ilə görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə ərazinin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini, rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildirib, prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər.
Sosial qayğılardan söz açan sakinlər kənd yollarının təmir edilməsinə, həmçinin elektrik dirəklərinin dəyişdirilməsinə, məktəb yollarına çınqıl döşənməsinə, Əyriçay üzərində körpünün qurulmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov əldə olunan nailiyyətləri diqqətə çatdırmaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib. O həmçinin bu siyasətin uğurla davam etdirildiyini söyləyib.
Başçı son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərdən razılığını bildirib, sakinlərin qayğıları və görüşdə qaldırılan problemlərin həlli ilə əlaqədar göstərişlər verib.
Sonda sakinlər onları narahat edən problemlərin həllində göstərilən dəstək və diqqətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ş,Soltanov

Şərh Yaz