Yeniləşən Micanda

Yeniləşən Micanda
Sentyabr ayının 12-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı şəhərinin Mican məhəlləsində sakinlərlə görüş keçirib. Yeniləşən Micanda
Sentyabr ayının 12-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı şəhərinin Mican məhəlləsində sakinlərlə görüş keçirib.

İcra başçısı dövlət səviyyəsində İsmayıllıya göstərdiyi diqqət və qayğıdan danışıb. Aparılan tikinti-abadlıq işlərinin davamlı olacağını diqqətə çatdırıb. Ərazidə kifayət qədər işəqadir gənclərin olduğunu əsas gətirən icra başçısı sakinləri İsmayıllıda aparılan quruculuq işlərində yaxından iştirak etməyə dəvət edib. M.Sadıqov bildirib ki, yenicə şəhər statusu almış Mican kəndində şəhər infrastrukturu yaratmaq üçün xeyli iş görmək lazımdır. Belə ki, narahat yollar günün tələbinə uyğunlaşdırılmalı, koldan vurulan çəpərlər müasir materiallardan hasarlarla əvəzlənməlidir. Küçələr gecə işıqları ilə təmin olunmalıdır. Bütün bunlar gələcəyin işidir və reallaşması mümkün olan məsələlərdir.
Yeniləşən Micanda
Sosial rifahın yüksəldilməsi üçün sadalananlar başlıca şərt olsa da, əsas məqsədimiz insanların faydalı əməklə məşğulluğunu gerçəkləşdirməkdir. Bügünkü görüşümüz qarşıda duran məsələlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır. Görüləcək işlərdə sizin rəy və təkliflərinizin əhəmiyyətli yeri vardır.
Görüşdə çıxış edənlər ərazinin əsas problemlərini diqqətə çatdırsalar da görülən işlərə – Rəşid Mahmudov küçəsinin asfaltlaşdırılmasına, uşaq bağçasının tikilib istifadəyə verilməsinə görə dövlət rəhbərinə və icra başçısına minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin icrasına başlanacaq yeni abadlıq işlərinin də sürət və keyfiyyətlə aparılacağına əminlik bildiriblər.
Sakinlərdən Firidun Rüstəmov yaşadığı küçədə qardaşı – şəhid Cəlal Rüstəmovun xatirəsini əbədiləşdirən bulaq kompleksinin inşasına görə bu işdə zəhməti olanlara minnətdarlıq ifadə edib.
Görüşdə sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə güzəştli kreditlər verilməsi məsələsi də söhbətin mövzusu olub. RİH başçısı M.Sadıqov vətəndaş xahişlərinin yerinə yetirilməsi, problemlərin həlli ilə bağlı məsləhət və tövsiyələrini verib.
Ş,Soltanov

Şərh Yaz