Qıçatan kəndində

Qıçatan kəndində
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sentyabr ayının 13-də Qıçatan kəndində görüş-qəbul keçirib. Qıçatan kəndində

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sentyabr ayının 13-də Qıçatan kəndində görüş-qəbul keçirib.
Qıçatan kəndində
İcra başçısı kəndin problemlərindən xəbərdar olduğunu diqqətə çatdırıb. M.Sadıqov kənddə kitabxana və tibb məntəqəsinin yaradılmasının vacibliyini vurğulayıb. Başçı bildirib ki, gənclərin təhsil almasına, işlə təminatına xüsusi diqqət yetirilməlidir.
Kənd sakini Nizami Veysəlov xidmət dövrünü çoxdan başa vurmuş işıq dirəklərinin dəyişdirilməsi və gediş-gəliş üçün kəndlərarası yolların düzəldilməsinə böyük ehtiyac olduğunu deyib.
Görüşdə kənd sakinlərinin şəxsi problemləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı xidməti idarə rəhbərlərinə tapşırıqlar verilib.
Ç.Bəhərçinli,
Ş,Soltanov

Şərh Yaz