Sulutda

Sulutda
İcra başçısı həmin gün Sulut kəndində də əhali ilə görüşüb. Coşqun Muradəliyev adına Sulut kənd yaradıcılıq evində baş tutan görüş-qəbulda Mirdaməd Sadıqov həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, kəndin mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. Sulutda

İcra başçısı həmin gün Sulut kəndində də əhali ilə görüşüb. Coşqun Muradəliyev adına Sulut kənd yaradıcılıq evində baş tutan görüş-qəbulda Mirdaməd Sadıqov həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, kəndin mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb.
Sulutda
Kənd sakini Vasif Qasımov meşədən odun gətirilməsi ilə bağlı yaranan problemlərdən söz açıb. Rasim Mövlamov kənd yolunun işlək olmasını nəzarətdə saxlamaq üçün texnika ayrılmasını xahiş edib. Sulut kənd tam orta məktəbinin direktoru Xurşud Cəfərov kənd sakinləri adından göstərilən diqqət və qayğıya görə RİH başçısına minnətdarlıq edib.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürülüb və aidiyyəti idarə rəhbərlərinə onların həlli tapşırılıb.
Ç.Bəhərçinli,
Ş,Soltanov

Şərh Yaz