MQHF Seçki Koalisiyası İsmayıllıda tədbir keçirib

2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı Milli Qeyri-Hökumət Forumu Seçki Koalisiyası tərəfindən 5 sentyabr tarixində İsmayıllı Peşə Tədris Mərkəzində tədbir keçirilib.
Seçki müşahidəçilərinin, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə koalisiyanın təmsilçiləri MQHF-nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev, MQHF-nin Qəbələ rayon koordinatoru Qalib Nəbiyev seçki münasibətləri, seçki hüququ, seçki qanunvericiliyi, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi və s. haqda məlumat veriblər.

MQHF-nin prezidenti Rauf Zeyni son illər ərzində ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionda qüdrətli dövlətə çevrilməsi, QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, regionlarda vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlərlə əlaqədar olaraq qazanılan nailiyyətlər barədə rayon ictimaiyyətinə məlumat verib.
Aydın Kərimov çıxışında seçkinin vacib siyasi aksiya olduğunu deyərək, səsvermə hüququ olan hər bir vətəndaşın seçkidə iştirakının vacibliyini vurğulayıb.
MQHF Seçki Koalisiyası İsmayıllıda tədbir keçirib
Ümid Mirzəyev İsmayıllı camaatının seçkidə fəal iştirak edəcəyinə inandığını deyib.
Açıqlamalardan sonra mövzu ətrafında çıxışlarda Şahməmməd Soltanov, Məleykə Lətifova Respublikasında keçiriləcək Prezident seçkilərində ismayıllıların düzgün seçim edəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, “2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi” layihəsi Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu “MQF Seçki Koalisiyası” tərəfindən icra edilir.
Çinarə Bəhərçinli

Şərh Yaz