Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!

Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!
Vergilər Nazirliyinin nəzdində müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə, Asan SXM, Mobil-İD mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“Asan imza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki qayçısıdır.Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!

Vergilər Nazirliyinin nəzdində müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə, Asan SXM, Mobil-İD mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“Asan imza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki qayçısıdır.

AsaHörmətli vətəndaşlar və vergi ödəyiciləri!n imza (Mobil imza) xidməti- elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan imza SİM kartlarını mobil operatorların (hələlik yalnız Azersell) müştəri xidmətlərindən və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan Xidmət Mərkəzlərindəki mobil operator nümayəndəsindən qəbul etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Mərkəzlərində, Ərazi Vergi İdarələrinin xidmət bölmələrində və ya asan xidmət mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsinə yaxınlaşaraq müqavilə bağlayıb, elektron imza üçün təkmil sertifikat almaqla Asan imza xidmətini aktivləşdirmək olar. ASXM-in istismara verilməsi, internet Vergi İdarəsində aşağıdakı dəyişikliklərin həyata keçirilməsinə imkan vermişdir:
– istifadəçi səlahiyyətlərinin idarə edilmə sistemi yaradılmışdır (bu sistem, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsinə imkan verir);
– hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı; elektron vergi-hesab fakturalarının göndərilməsi; ƏDV-nin Depozit hesabı və sair xidmətlərdə Asan imzanın tətbiqi həyata keçirilmişdir.
İstifadəçi kodu, parol və şifrədən istifadə edərkən aparılan əməliyyatları imzalamaq mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Ona görə də yüksək təhlükəsizlik tələb edən elektron xidmətlər – ƏDV-nin depozit hesabı və Elektron vergi hesab-fakturalarının istifadəsi 01 sentyabr 2013-cü il tarixindən etibarən Asan imza vasitəsilə həyata keçiriləcəkdir. Asan imzanın əldə edilməsi üçün:
– mobil operatordan Asan imza SİM kartı əldə olunmalı;
-həmin SİM kartda elektron imza sertifikatının aktivləşdirilməsi üçün ASXM-ə (Vergi ödəyicilərinə Xidmət Mərkəzlərinə, Bakı şəhər Vergilər Departamentinə, ərazi vergilər Departamentləri və ya ərazi Vergilər İdarələrinin xidmət bölmələrinə və Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət edilməli və müqavilə bağlanmalıdır. Ətraflı məlumatı www.asanimza.az saytından və internet Vergi İdarəsinin yardım bölməsindən əldə edə bilərsiniz.
10 saylı Ərazi Vergilər İdarəsi

Şərh Yaz