Tvinninq layihəsi

Tvinninq layihəsi
Sentyabr ayının 10-da İsmayıllı Peşə Tədris Mərkəzinin iclas zalında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi üzrə Tvinninqi keçirilib. Tədbirdə İsmayıllı ilə yanaşı, Şamaxı, Ağsu, Qəbələ, Göyçaydan gələn turizm sahəsinin əməkdaşları, bələdiyyə nümayəndələri iştirak edib.
Tvinninq layihəsi

Sentyabr ayının 10-da İsmayıllı Peşə Tədris Mərkəzinin iclas zalında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi üzrə Tvinninqi keçirilib. Tədbirdə İsmayıllı ilə yanaşı, Şamaxı, Ağsu, Qəbələ, Göyçaydan gələn turizm sahəsinin əməkdaşları, bələdiyyə nümayəndələri iştirak edib.
Tvinninq layihəsi
Layihənin məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiyası prosesində turizm sahəsinin rolunu artırmaqdır. Layihə 4 komponentdən ibarətdir: şöbənin daxili iş strukturunu və mexanizmini təkmilləşdirmək; Azərbaycan tərəfinə turizm haqqında yeni qanun layihəsinin hazırlanması işinin başa çatdırılmasında kömək etmək; həmçinin turizm sahəsində 15 normativ-hüquqi aktın tərtib olunmasında, turizm sahəsində milli marketinq strategiyasının hazırlanmasında, turizm sənayesində çalışan əməkdaşların ixtisasının artırılması və təlimi üzrə tədbirlər planının hazırlanmasında, turizm statistikasının aparılmasının yeni sisteminin tətbiqində və ölkədə rekreasiya zonalarının modelinin yaradılmasında kömək.
Tvinninq-layihədə Avstriya və Litvadan olan nümayəndələr tərəfdaş kimi çıxış edir.
Tvinninq layihəsi
Layihənin rəhbəri Florian Sengstschmid proqramın birinci hissəsi haqqında məlumat verib. Proqrama turizm məkanının idarə olunması, prinsipləri və əsas məsələləri daxil edilib.
Ferdinand Rosnik turizm məkanını idarə edən qurumlar və praktik nümunələr haqda iştirakçıları məlumatlandırıb.
Tvinninq zamanı iştirakçılara sorğu vərəqələri paylanılıb. Bununla da onların turizm sahəsindəki problemlər, yeni təkliflər haqqında fikirləri öyrənilib.
Sonda onu da qeyd edim ki, tədbirdə layihə rəhbərinin müavini Daiva Kırkılaite, müavin köməkçisi Çinarə Rəsulova, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov da iştirak edib.
Çinarə Bəhərçinli

Şərh Yaz