Çinar ağacıdı şair özü də

Çinar ağacıdı şair özü də
Bu yaxınlarda həmyerlimiz Mövlud Teymurun “Şirvannəşr”də yeni kitabı işıq üzü görüb. “Göyçay çinarları” adlı bu şeirlər kitabında müəllifin müxtəlif vaxtlarda Göyçaya, onun gözəl təbiətinə və xeyirxah, ziyalı insanlarına həsr etdiyi şeirlər cəmlənib. Şeirlərindən birində Göyçayın möhtəşəm çinarları öz təsvirini belə tapır:
Yeni nəşrlər:

Xoş sözdə, deyimdədi,
Yamyaşıl geyimdədi,
Yurdu ürəyimdədi
Göyçay çinarlarının.
Azərbaycan ədəbiyyatının görkəmli simaları, xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin əziz xatirələrinə ithaf edilən “Göyçay çinarları”nda bu unudulmaz sənətkarların özlərindən də əbədiyaşar qoşa çinarlar kimi bəhs olunur. Kitaba daxil edilən şeirlərdə ədəbiyyatımıza novator şair, yenilikliyin hamisi kimi daxil olan Rəsul Rzadan və Nigar Rəfibəylidən, eləcə də söz sənətimizin inkişafında xüsusi xidmətləri olan bir çox şair və yazıçılardan dərin minnətdarlıq hissi ilə söz açılır. Müəllif gənc nəslə aşılayır ki, dünyanın çoxçeşidli mənzərəsini dərk etmək, vətən, millət anlayışına sahib çıxmağın bir əsas yolu da Rəsul Rza, Nigar Rəfibəyli poeziyasından keçir. Onların poeziyası doğru yol, sönməz işıq kimidir və cəmiyyəti aydınlığa aparır.
Şairə yeni yaradıcılıq uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz