“Üzüyümün qaşı düşüb”


Oxucularla ilk görüş olan eyni adlı kitabda Tanrının bəxş etdiyi ömrü həqiqət, ədalət naminə fasiləsiz “üsyan”a həsr edən Tamam Nurun (Tağlabiyanlı) ağrı-acıdan keçən, bununla bərabər, yaxşıların tərənnümünə çevrilən ürək çırpıntıları cəmlənmişdir.“Üzüyümün qaşı düşüb”
Oxucularla ilk görüş olan eyni adlı kitabda Tanrının bəxş etdiyi ömrü həqiqət, ədalət naminə fasiləsiz “üsyan”a həsr edən Tamam Nurun (Tağlabiyanlı) ağrı-acıdan keçən, bununla bərabər, yaxşıların tərənnümünə çevrilən ürək çırpıntıları cəmlənmişdir.

Əlimdəki gül üstünə,
Gözlərimin yaşı düşüb.
Xətrimə söz dəydiyindən,
Üzüyümün qaşı düşüb…
Kitabdakı qələm nümunələrinin qayəsini mübariz vətəndaşlıq, elə-obaya, xalqa, Vətənə bağlılıq təşkil edir.
T.Nurun (Tağlabiyanlı) şeirləri cəsarətlə yazıldığından oxucunu yormur. Tamamın tamam, dolğun şeirləri tez-tez qəzet səhifələrində də görünür. İsmayıllı yazarlarının “Dağ çiçəkləri” adlı ədəbi toplusuna da müəllifin xeyli ürəyə yatan, ədəbiyyat nümunəsi sayıla bilən şeirləri daxil edilib.
Halallığa söykənməklə ucalığını göstərən bu sadə yazar haqqında ən tutarlı fikirləri məhz onun yazdığı bəndlər, misralar deyə bilər. Odur ki, oxucunu mübarizə meydanına çağıran, halallıq və səmimiyyətdən yoğrulmuş şeirlərlə üz-üzə qoymağa üstünlük veririk. Ümidvarıq ki, Tamamın yaradıcılığı haqqında ən dolğun və dəqiq, layiqli qiyməti də elə “Üzüyümün qaşı düşüb” kitabının oxucuları verəcəklər.
Yeni uğurlara gedən yolların açıq olsun, Tamam!
“İsmayıllı xəbərləri”

Şərh Yaz