Böyük “kəşfim”…

Məşhur ingilis şairi U.Şekspirin çox sevdiyim bir kəlamı var: ”Ən böyük kəşf insanın özündə olanını axtarıb tapmasıdır”. Böyük “kəşfim”…

Məşhur ingilis şairi U.Şekspirin çox sevdiyim bir kəlamı var: ”Ən böyük kəşf insanın özündə olanını axtarıb tapmasıdır”.
Əslində, biz özümüzü tanıyırıqmı? Heç özümüzü kənardan izləmişikmi? Öz “mənfi”lərimizi görə bilirikmi? Öz “müsbət” sandıqlarımızın əslində çoxları üçün mənfi olduğunu qəbul edə bilirikmi? Nəhayət, bütün bu suallara cavab taparaq özümüzü kəşf edə bilmişikmi, yaxud, bilərikmi? Həyat bir tapmacadır, hər insana bir tapmaca verilmişdir, biz isə bizə verilən tapmacalara hər an cavab axtarırıq. Özümüzü tapmaqdan ötrü hər an bir sualla rastlaşırıq. İnsan həyatı suallardan və ona uyğun cavablardan ibarətdir. Bir yazarın dediyi kimi: dünən keçmişimiz, bu gün hədiyyəmiz, sabah isə sirdir. Mənim ən böyük “kəşfim” budur: “Mən özümü necə tanımışamsa, məni elə tanıyırlar, mən kimi necə tanımışamsa, demək mən yox, o insan özü yanılıb, çünki mən onun kim olduğunu kəşf etdim, onun bütün silahlarına sahib oldum, o isə əliboş qaldı…”
Şəfəq Mürsəlli
Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbəsi

Şərh Yaz