“Fəal ailəm – Sağlam aləm”


7 sentyabr 2013-cü il tarixdə Milli Olimpiya Kompleksinin hazırladığı “Fəal ailəm – Sağlam aləm” layihəsinin əsasında İsmayıllı Olimpiya-İdman Kompleksində gənc ailələrin yarışı keçirilib. “Fəal ailəm – Sağlam aləm”

7 sentyabr 2013-cü il tarixdə Milli Olimpiya Kompleksinin hazırladığı “Fəal ailəm – Sağlam aləm” layihəsinin əsasında İsmayıllı Olimpiya-İdman Kompleksində gənc ailələrin yarışı keçirilib.

Həmin gün Kompleks xeyli izdihamlı olub. Komandalara azarkeşlik etməyə gələnlər yarış boyu öz komandalarına dəstək olublar. Yarışmada İsmayıllıdan iki komandanın olmasını, onların yüksək bacarıq nümayiş etdirməsini tamaşaçılar ürəkdən alqışlayıblar. Elə bunun nəticəsidir ki, 7 nəfər daha fəal azarkeş kimi mükafatlandırılıb.
Bakı şəhərindən gəlmiş 2 ailə, Qurbanəfəndi kənd bələdiyyəsinin sədri Kamil Allahverdiyevin və Cülyan bələdiyyəsinin sədri Pərviz Qədirovun ailəsi 7 mərhələdən ibarət yarışmada maraqlı oyun göstəriblər.
Münsiflərin yekdil qərarı ilə Kamil Allahverdiyevin ailəsi yarışın qalibi elan olunub. Qədirovlar ailəsinin nəticələri ikinci yerə layiq görülüb. III-IV yerləri Bakı şəhərindən gələn ailələr tutub.
300 nəfərdən çox iştirakçı Olimpiya hərəkatını genişləndirməyə xidmət edən maraqlı layihədən razı qaldıqlarını alqışlarla bildiriblər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, qonaqlar rayonumuzdakı Olimpiya-İdman Kompleksində təşkilatçılıq işindən razılıq ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz