70 yaşın mübarək

70 yaşın mübarək
Osmanlı Qəhrəman Rəcəb oğlunun 70 yaşı tamam oldu. Qəhrəman 1943-cü ilin avqust ayında İsmayıllı rayonunun Mican kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək, ixtisas sahibi olmaq məsələsi ortaya çıxanda düşünmədən sənədlərini Bakı Neft Texnikumuna verdi. 1959-1962-ci illərdə orta ixtisas təhsili aldıqdan sonra “Azneft” sistemində müxtəlif vəzifələrdə çalışmışdır.70 yaşın mübarək

Osmanlı Qəhrəman Rəcəb oğlunun 70 yaşı tamam oldu. Qəhrəman 1943-cü ilin avqust ayında İsmayıllı rayonunun Mican kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək, ixtisas sahibi olmaq məsələsi ortaya çıxanda düşünmədən sənədlərini Bakı Neft Texnikumuna verdi. 1959-1962-ci illərdə orta ixtisas təhsili aldıqdan sonra “Azneft” sistemində müxtəlif vəzifələrdə çalışmışdır.
70 yaşın mübarək
Gənc mütəxəssis daha yüksək ixtisas sahibi olmaq məqsədilə ali təhsil almaq qərarına gəldi, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutuna sənəd verdi və qəbul olundu. Şirinli, acılı gənclik və tələbəlik illəri arxada qaldı. 1969-cu ildə institutu bitirərək rabitəçi mühəndis ixtisası aldı. Həmin ildə də respublika Rabitə Nazirliyinin göndərişi ilə İsmayıllı rayon Rabitə Qovşağına rəis müavini vəzifəsinə təyin olunmuşdur. 1972-1974-cü illərdə sahə rəisi kimi fəaliyyət göstərmişdir. Çalışqanlığı, işə məsuliyyətlə yanaşması onun vəzifə pillələri ilə qalxmasına da köməkçi olmuşdur. Q. Osmanlı 1974-cü ildə irəli çəkilərək İsmayıllı Telekommunikasiya Qovşağının rəisi təyin olunur.
Bütün bu illər ərzində qüsursuz işləmiş, kollektivin və rayon rəhbərliyinin dərin hörmətini qazanmışdır. Əməyi də dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1981-ci ildə “Şərəf nişanı”, 1986-cı ildə “Xalqlar dostluğu” ordenləri ilə təltif olunması dediyimizə yaxşı nümunədir. 2006-cı ildə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə Qəhrəmana “Rabitə ustası” kimi yüksək fəxri ad verilməsi onun haqqında çox şey deyir. Bu ada çox az adam layiq görülür.
Q.Osmanlı qayğıkeş ata (dörd övladı var), sevimli babadır. Səkkiz nəvəsi babanın sevincidir. 70 yaşlı babanı təbrik edir, ona möhkəm cansağlığı, işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz