Minnətdarlığımızı bildiririk

Minnətdarlığımızı bildiririk
Məşhur deyim var: “Torpaq – uğrunda ölən varsa, vətəndir”. Minnətdarlığımızı bildiririk

Məşhur deyim var: “Torpaq – uğrunda ölən varsa, vətəndir”.
Minnətdarlığımızı bildiririk
Vətən uğrunda biri-birindən dəyərli övladlarımız şəhid olmuşdur. Bu şəhidlərin ruhu qarşısında bizim də borcumuz onları unutmamaq, xatirələrini ürəklərdə yaşatmaq, imkan olduqda bu istəyi, məhəbbəti daşların dili ilə nəsildən-nəsilə ötürməkdir.
Müraciətlərimizi nəzərə alaraq İsmayıllı rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü, İsmayıllı bələdiyyəsinin təşkilatçılığı ilə şəhərimizin Mican məhəlləsində, Rəşid Mahmudov küçəsinin kənarında şəhid Cəlal Abdulhəkim oğlu Rüstəmovun şəxsində şəhidlərin xatirəsinə milli memarlıq üslubunda, yerli materiallardan istifadə etməklə çox gözəl bir bulaq tikilmişdir. Bu bulağın suyundan içən hər kəs unudulmaz vətən oğlu Cəlalın xatirəsi önündə baş əyəcək. Bunu şərəf işi sayır, İsmayıllı RİH-nə və İsmayıllı bələdiyyəsinə minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə:
şəhərin Mican məhəllə sakinləri

Şərh Yaz