Problemlərin həlli istiqamətinə doğru

Problemlərin həlli istiqamətinə doğru
Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunda sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı İsmayıllı rayon Gənclər Mərkəzinin iclas zalında görüş keçirilib. Problemlərin həlli istiqamətinə doğru

Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunda sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı İsmayıllı rayon Gənclər Mərkəzinin iclas zalında görüş keçirilib.
Problemlərin həlli istiqamətinə doğru
Görüşdə prezident İlham Əliyevin İsmayıllı rayonuna avqustun 14-də etdiyi səfərin nəticələri təhlil olunub.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, İsmayıllının yetirmələri olan ziyalılar, rayonun hüquq-mühafizə orqanları və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Çıxışlarda Prezident İlham Əliyevin avqustun 14-də baş tutan İsmayıllı səfəri diqqət mərkəzində olub.
Problemlərin həlli istiqamətinə doğru Problemlərin həlli istiqamətinə doğru
Onlar ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini və prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə edib, rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıqlar salınıb. Eyni zamanda rayonda yeni sənaye müəssisələrinin, avtovağzalın istifadəyə verildiyi, su-elektrik stansiyasının fəaliyyətə başladığı diqqətə çatdırılıb. Çıxış edənlər görülən işlərdən rayon sakinlərinin sevindiklərini, Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri qeyd etməklə onların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin bu gün də uğurla davam etdiyini söyləyib. Eyni zamanda icra başçısı son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərdən razılığını bildirib, yaxın gələcəkdə yeni layihələrin icrası istiqamətində görüləcək işlər haqqında danışıb.
Tədbirin sonunda rayon sakinlərini narahat edən problemlərin həllində göstərilən dəstəyə görə Prezidentə minnətdarlıq məktubu oxunub.
Çinarə Bəhərçinli

Şərh Yaz