Qəbul imtahanlarına yola salınma mərasimi

Qəbul imtahanlarına yola salınma mərasimi
25 avqust 2013-cü il tarixində ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə imtahan verməyə hazırlaşan 120 gənc imtahanlarda iştirak etmək üçün xüsusi məqsədlə ayrılmış avtobuslarla Göyçay şəhərinə yola salınıb. Bu il ilk dəfə ölkə Prezidentinin təşəbbüsü ilə abituriyentlərin qəbul imtahanlarına yolasalınma mərasimi İsmayıllı rayonunda artıq beşinci dəfə həyata keçirilib.

Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova abituriyentləri salamlayıb, onlara uğurlar arzulayıb. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tələbə adını qazanmağa çalışan gənclərə xoş arzularını çatdırıb, son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstərib. Tələbə adını qazanan 21 gənc 600-dən yuxarı bal toplayıb. Bunu ölkə başçısının təhsilə göstərdiyi diqqətlə əlaqələndirən RTŞ müdiri söyləyib ki, bu il orta ümumtəhsil məktəblərini bitirən 972 nəfərdən 900 abituriyent tələbə adı qazanmaq üçün mübarizəyə qatılıb. Onlardan 330 nəfəri tələbə adını qazanıb. Rasim müəllim bu il “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində şəhər 1 nömrəli, Lahıc qəsəbə və Talıstan kənd tam orta məktəblərinin respublikanın 50 ən yaxşı məktəbləri sırasına daxil olduğunu deyib. Bundan başqa, “Ən yaxşı müəllim” müsabiqəsində 4 nəfəri – şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Ruhiyyə Mahmudova, 2 nömrəli tam orta məktəbinin fizika müəllimi Şəkər Hacıyeva, 3 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Brilyand Mursalova, 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Minazər Mahmudova qalib olub.
Qəbul imtahanlarına yola salınma mərasimi
Cülyan kənd tam orta məktəbinin şagirdi Lamiyə Ağayeva bağça müəllimi olmaq istədiyini deyib. Eyni zamanda kolleci bitirdikdən sonra Ali məktəbdə Azərbaycan dili və ədəbiyyatı fakültəsində oxumaq arzusunda olduğunu bildirib. İsmayıllı Rayon Göytəpə kənd ümumi orta məktəbinin məzunu, tələbə adını qazanmaq arzusunda olan Sübhan Mirzəliyev kompyuter mütəxəssisi olmaq istədiyini deyib. Biliyini daha da artırmaq üçün universitetdə təhsilini davam etdirmək niyyətində olduğunu açıqlayıb. Bütün göstəricilər üzrə yüksək nəticələrin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndirənlər bu uğurun qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığını bildirib.
Çinarə Bəhərçinli

Şərh Yaz