Zərgəran

Zərgəran
21 avqust 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərgəran kəndində səyyar görüş-qəbul keçirib. İlk öncə Mirdaməd müəllim həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, Zərgəranın mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. Başçı kənddə tibb məntəqəsi və kitabxananın yaradılmasının vacibliyini vurğulayıb.Zərgəran

21 avqust 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərgəran kəndində səyyar görüş-qəbul keçirib. İlk öncə Mirdaməd müəllim həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, Zərgəranın mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. Başçı kənddə tibb məntəqəsi və kitabxananın yaradılmasının vacibliyini vurğulayıb.
Zərgəran
Kamil Həsənov başlanan genişmiqyaslı quruculuq işlərinə, İsmayıllıya göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib, əhalinin ümumi yaşayış səviyyəsinin yaxşı olduğunu deyib.
Kənd sakinlərindən Ramil Hacadov, Eldar Əmrahıyev və Fuad Namazov gənc ailələrə torpaq sahəsinin verilməsi xahişi ilə çıxış ediblər.
Kəndin ümumi problemləri kimi içməli su qıtlığı və işıq dirəkliklərinin yararsız hala düşməsi qeyd edilib.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürülüb və aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Çinarə Bəhərçinli

Şərh Yaz