Elektron hökumət Azərbaycanda

Elektron hökumət Azərbaycanda
İnformasiyanın bol olduğu bir zamanda yaşadığımızı bilirik. Lakin çoxumuz dilimizdə gündə bəlkə də, dəfələrlə işlədiyimiz sözün hansı anlam daşıdığının fərqində deyilik. Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.Elektron hökumət Azərbaycanda

İnformasiyanın bol olduğu bir zamanda yaşadığımızı bilirik. Lakin çoxumuz dilimizdə gündə bəlkə də, dəfələrlə işlədiyimiz sözün hansı anlam daşıdığının fərqində deyilik. Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.
Elektron hökumət Azərbaycanda
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informaların köməyi ilə fəaliyyət göstərir.
Durmadan yeniləşən dünyamızda yaranan informasiya bolluğu bizləri daha çox yeniliklər etməyə həvəsləndirir.
Kiçik-kiçik elektron şəbəkələr şəklində formalaşan kompyuterləşdirilmiş cəmiyyətimiz daha da inkişaf edərək dövlət strukturlarının iş prinsipinə də təsir etmişdir. Bunun nəticəsində bugunki cəmiyyətimizin özəyini təşkil edən elektron hökumət portalı formalaşdı.
Elektron hökumət və ya e-hökumət — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.
Mütəxəssislər hesab edirlər ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində “elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.
Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Hazırda həyata keçirilən proqram ölkədə “elektron hökumət”in qurulmasının hazırlıq işlərinin 2008-ci ildə bitəcəyini və bundan sonra daha 4 il ərzində həyata keçəcəyini nəzərdə tutur. Mütəxəssislərin fikrincə, Azərbaycan cəmiyyətində olan kompyuter və informasiyadan istifadə mədəniyyəti elektron hökumətinin qurulması üçün bir qədər daha da inkişaf etməlidir.
Elektron hökumət – hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.
E-hökumət probleminin tədqiqatçıları dövlət idarəetmə orqanlarının veb-nümayəndəliklərinin inkişafını 5 mərhələyə ayırırlar:
Baza saytı: Bu mərhələdə internetdə dövlət idarəetmə orqanı haqqında ilkin informasiya yerləşdirilir. Adətən bu cür saytlarda idarəetmə orqanının strukturu, funksiyaları, vəzifəli şəxsləri haqqında minimal informasiyalar verilir.

İnformasiyanın dərci: İkinci mərhələdə dövlət idarəetmə orqanlarının saytları informasiya ilə doldurulur, onların strukturu mürəkkəbləşir, digər əlaqədar veb resurslara keçidlər meydana gəlir. Lakin informasiya mübadələsi imkanlarının olmamasına görə informasiyaların bir tərəfli xarakter daşıması bu mərhələdə məhdudiyyət kimi qalır.

Qarşılıqlı əlaqələrin inkişafı: Bu mərhələnin əsas xüsusiyyəti saytın istifadəçiləri ilə informasiya mübadiləsi mexanizminin yaradılmasıdır. İnteraktiv elementlərə poçt formasını, ictimai rəy sorğularının təşkilini, forumları və diskusiya mərkəzlərini aid etmək olar. İstifadəçilərdə elektron vasitələrin köməyilə dövlət idarəetmə orqanlarından müəyyən informasiya xidmətlərini əldə etmək imkanı yaradır. Beləki, saytda məsələn müxtəlif sənədlərin yüklənib götürülməsinin təşkili göstərilir.

Transaksiyaların inkişafı: Daxili informasiya infrastrukturu və onun e-hökumətin veb-interfeys ilə inteqrasiyası istifadəçilərə real zaman rejimində müxtəlif transaksiyaları həyata keçirməyə imkan verir. Bu cür əməliyyatlara vergilərin, qeydiyyat və lisenziya rüsumlarının, cərimələrin ödənilməsini, sosial vəsaitlərin alınmasını və s. aid etmək olar.

Tam inteqrasiya: Sonuncu mərhələ hökumət portalının köməyilə bütün hökumət xidmətlərinin birləşmiş informasiya bazasına və tam e-xidmətlər kompleksinə vahid çıxış nöqtəsinin yaradılmasını nəzərdə tutur. Sutkanın 24 saatı və ilin 365 günü “vahid pəncərə” prinsipi üzrə işləyən birləşmiş hökumət portalı vətəndaşların informasiya və xidmətlərə çıxışını təmin edir.
Sonda, elektron hökumət portalının cəmiyyətimiz üçün ən faydalı xidmət olduğunu qeyd etmək istəyirəm.

Firuzə Şıxməmmədova,
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı, yazıçı

Yazı Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirilən analitik məqalə müsabiqəsi üçün yazılıb.

Qeydiyyat nömrəsi:177

Şərh Yaz