Elektron Azərbaycan

Elektron Azərbaycan
XXI əsrdə, dünyada elmin və texnikanın sürətlə inkişaf etdiyi bir dövürdə heç bir dövləti və heç bir vətəndaşı İnformasiya Kommunikasiya Texnologiyalarsız təsəvvür etmək olmur. Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Elektron Azərbaycan

XXI əsrdə, dünyada elmin və texnikanın sürətlə inkişaf etdiyi bir dövürdə heç bir dövləti və heç bir vətəndaşı İnformasiya Kommunikasiya Texnologiyalarsız təsəvvür etmək olmur. Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır.
Elektron Azərbaycan
Bu gün“Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən “E-hökumət” layihəsi işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Layihə haqqında
Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
Layihənin məqsədi
Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi
Layihənin həyata keçirilməsinin əsas istiqamətləri
E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
“Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi.
Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi.
E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması.
Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması .

Layihənin əsas üstünlükləri
Elektron Azərbaycan

1. Hökumət üçün
Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması

2. Vətəndaşlar üçün
Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi

3. Biznes sektoru üçün
Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması
Layihənin icrasından əldə olunacaq nəticələr vətəndaşlar və biznes sektoru üçün e-xidmətlər (e-bəyannamə, e-vergi hesab-fakturası, e-lisenziya, e-satınalma, e-kotirovka, e-hərrac, e-demokratiya) göstərilməsidir.
Lahiyənin inkişaf etdirilməsi məqsədilə artıq 2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər hazırlanb. Bülleten ölkədə elektron hökumətin inkişaf etdirilməsi istiqamətində görülən və görülməsi nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında informasiyaları, o cümlədən elektron xidmətlərin sayını və onlardan istifadə edilməsi və digər müqayisəli statistikanı özündə birləşdirir.

“Elektron hökumət”
Elektron Azərbaycan
Son illər ərzində inkişafı istiqamətləmiş ölkələrdə formalaşdırılmağa başladılmış və milli şüur və demokratiyanın inkişafına təsir edən amillərdən biri də “Elektron hökumət”dir .
Elektron Hökumət- dövlət idarəetmə orqanları və cəmiyyət arasında əlaqələrin İnformasiya Kommunikasiya Texnologiyaları (IKT) vasitəsilə qurulması anlamına gəlir. İKT sayəsində dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələr təmin edir.
Xidmətin cəmiyyət üçün nəzərdə tutulmuş üstünlükləri və faydaları:
Bu xidmət informasiya texnologiyalarından istifadə etməklə dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə və eləcə də xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya xidmətlərinin və e-xidmətlərin göstərilməsi kimi üstünlüklər tanıyır. Həmçinin vətəndaşın axtarışına əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın minimuma endirilməsində bu xidmətin böyük rolu var. İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, təqdim olunan elektron xidmətlərdən ölkənin bütün ərazisində istifadənin mümkünlüyü də bu xidmətin təqdim etdiyi üstünlüklərdən bəziləridir.
Vətəndaşlar üçün istifadəyə verilən xidmətlərə misal olaraq:
Gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), Avtomobillərin qeydiyyatı, On-layn ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), Yaşayış yerində qeydiyyat, Səhiyyə xidmətləri ( e-məsləhət) və s. göstərmək olar.

«Elektron hökumət» təsisatlandırılmasında lider olan dövlətlərdən biri də Cənubi Koreyadır. “Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” imzalanıb.
Layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş (15) bölgədə təlim mərkəzləri yaradılacaq.
Elektron Azərbaycan
Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.
“Elektron Hökumət” portalı
Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilib.
Vətəndaşların bütün bu xidmətlərdən istifadəsi və üstünlüklərdən faydalanması üçün “Elektron hökumət” portalı – www.e-gov.az öz işini hər gün xüsusi nəzarət və gücləndirilmiş rejimdə davam etdirir. Bu hökumət, müasir informasiya texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın maksimum səviyyəsindən istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir. Vətəndaşlar www.e-gov.az portalında qeydiyyatdan keçməklə bu xidmətlərdəndaha geniş istifadə edə bilərlər.
Elektron Azərbaycan
“Elektron Hökumət” portalının bu lahiyədə mövqeyi

Vətəndaşların dövlət orqanları ilə əlaqələrinin daha rahat və uyğun şəkildə baş tutması üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlər məhz “Elektron hökumət” portalında (www.e-gov.az) cəmləşir. Elektron Hökumət” portalının bu lahiyədə əsas mövqeyi də, Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən çox rahat istifadə edə bilməsidir.

Elektron hökümət portalı (www.e-gov.az) tam yeni tərtibatda və yeni dizaynda fəaliyyətədədir. Yeni funksiyalarala zənginləşdirən portalın əsas menyusuna “Elektron hökümət” , “Yeniliklər” , “Reyistirlər və aktlar”, “Elektron imza”, “ Sənədlər” kimi bölmələr daxildir.İstifadəçilər portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları da əldə bilirlər.

Bu portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək “X-Road” sisteminin prinsipindən istifadə olunub. “X-Road” sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə və s. imkan verir.

Qeyd edək ki, 2012ci-ilin aprel ayına qədər portala 16 mərkəzi icra orqanları qoşulub. Onların arasında Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil və Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də var. Nəticədə portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub. Portal istifadəyə verildikdən sonra mərkəzi icra orqanlarının portala qoşulması davam etdirilmişdir və bütün mərkəzi icra orqanlarının elektron xidmətləri bu portalda əks olunmuşdur.

Statistik məlumatlara görə, son altı ayıda 260 mindən çox istifadəçi portalın bu və digər xidmətlərindən lazımı səviyədə yararlanıb. Elektron xidmətlərinə təlabat günü- gündən artdığını nəzərə alaraq yeni elektron xidmətlərinin fəaliyyətlərinin ildən-ilə artırılması nəzərə alınıb.

“Elektron hökumət” portalına daxil olanlar

Elektron Azərbaycan
MHM-in məlumatına görə, ilin əvvəlindən portala baş çəkmənin 7,5 dəfə artması qeydə alınıb. İstifadəçilərin təqribən 6 faizi mobil qurğular (planşet və smartfon), qalanları isə stolüstü və portativ kompüterlərlə vasitəsilə daxil olublar.

Məlumatda deyilir ki, portala baş çəkmənin ümumi sayının 95 faizindən artığı Azərbaycanın payına düşür. ABŞ, Rusiya, Rumıniya, Böyük Britaniya, Türkiyə, Almaniya, Ukrayna, Avstraliya və digər ölkələrdən olan istifadəçilər də portala baş çəkənlərin sırasındadır.

«Elektron hökumət»lə bağlı təbliğat işləri həm də portalın rəsmi «Fasebook» səhifəsində (www. Facebook.com e/gov. az) aparılır.Hazırda səhifə istifadəçilərinin sayı 62 min nəfəri ötüb. Həmin səhifədə «Elektron Hökumət»in formalaşması istiqamətində görülən işlər, nəzərdə tutulan layihələr haqda geniş məlumatlar yerləşdirilib. Facebook səhifəsində həmçinin vətəndaşların təklif və rəyləri qeyd olunur ki, bunların da mütəmadi olaraq nəzərə alındığı bildirir. Elə nazir Əli Abbasov da portalın açılışında bunu vurğulamışdı: «Əhalinin arzu və təkliflərini öyrənmək bizə portalın qaneedici səviyyədə işləməsini təmin etməyimiz üçün lazımdır»,

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirib. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur.

Portaldan istifadə edə bilmək üçün “elektron imza” kartına sahib olmaq lazımdır.
Elektron Azərbaycan
Elektron imza
Elektron imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
3 il müddətinə verilən «elektron imza» kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manata, hüquqi və fiziki şəxslər üçün isə 168 manata təklif olunur. «Elektron imza»nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradıb və bürokratik əngəlləri aradan qaldırılıb. Bu Elektron imza sahiblərinin artmasında özünü göstərib. 2013 –cü ilin Martın 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 9194 ədəd təşkil edib ki, bu da 2013-cü ilin yanvar ayının yekunları üzrə göstəricilərlə müqayisədə 4952 ədəd çoxdur. MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 5309 ədəd düşüb, 220 ədəd hüquqi şəxslərə və 3665 ədəd isə vətəndaşlara verilib. Mərkəzin məlumatına görə, “Elektron hökumət” portalında (ehdis.az) qeydə alınan fəal istifadəçilərin sayı 4277-yə çatıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) hər bir azərbaycanlının maraqlandıran istənilən məlumatların “Elektron hökumət” portalından əldə etmək üçün planşet istifadəçiləri üçün nəzərdə tutulmuş “Elektron hökumət” portalının mini-versiyası hazırlayıb. ( www.e-gov.az/mini)
Elektron Azərbaycan
Bundan başqa Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə , sığortaolunanların fərdi hesablarına toplanan pensiya kapitalları barədə məlumatlandırılmasını özündə əks etdirən elektron xidmət vətəndaşların istifadəsinə verib.Bu xidmətdən yararlananların sayında artım müşahidə olunub .Bununla bağlı 1 iyul 2013-cü il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 010s ığortaedən unikal kod, paro və şifrə ilə təmin edilib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığorta edənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına (“Kütləvi ödğəişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilməkdədir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 76 yerli orqanı üzrə 590 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub. 2013-cw ilin yanvar iyun ayları ərzində 43 368 sığortaedən tərəfindən 131 583 əməliyyat həyata keçirilərək cəmi 12 055 665,65 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.
Elektron Azərbaycan
Bundan başqa pensiyaların avtomatlaşmış qaydada təyinatına başlanılıb. DSMF-də (www.dsmf.gov.az) bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir.

Belə xidmətlər tibb sahəsində də nəzərə alınıb. Artıq əczaçılıq fəaliyyəti elektronlaşdırıldı. Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər lisenziya almaq üçün “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər.Səhiyyə Nazirliyinin “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciət” xidməti portala inteqrasiya edilib.
2013-cü ilin respublikamızda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması da “Elektron hökumət” quruculuğu sahəsində görülən işləri sürətləndirməkdədir.Heç də təsadüfü deyil kı, 21 iyun 2012-ci il tarixdə “Elektron hökumət” “Netty 2012” Milli İnternet Mükafatının qalibi oldu.
“Elekton hökumət”in formalaşdırılması istiqamətində görülən tədbirlər günü-gündən genişləndirilməkdədir. Artıq “Elektron hökumət”in 2013-2015-ci illəri əhatə edən yeni inkişaf proqramı hazırlanır. Azərbaycanda Elektron hökumətin tətbiqi işlərin qəanətbəxş olduğunu deyən V.Bayramlının sözlərinə görə, bu istiqamətdə görülən işlərə görə, ölkəmiz MDB məkanında ilk üçlükdədir.Və mən əminəmki, tezliklə ölkəmiz ümumdünya elektron məkanına daha sürətli inteqrasiya edib, öz işini dünyaya tanıtdıracaq.

İstifadə olunan resurslar
www.e-gov.az
www.ehdis.az
edu.gov.az
www. Facebook.com e/gov. Az
www.dsmf.gov.az
www.e-gov.az/mini
http://www.mincom.gov.az/layiheler/elektron-hokumet/
https;//www.e-gov.az/upload/documents/bulleten/bulleten-8.pdf

Şəkər Hacıyava
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin Fizika müəllimi

Yazı Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirilən analitik məqalə müsabiqəsi üçün yazılıb.

Qeydiyyat nömrəsi:193

Şərh Yaz