İsmayıllıda tikiş fabriki açılmışdır

İsmayıllıda tikiş fabriki açılmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir.İsmayıllıda tikiş fabriki açılmışdır

[color=#3333FF] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir.

İsmayıllıda tikiş fabriki açılmışdır
Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılmışdır. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.
İsmayıllıda tikiş fabriki açılmışdırİsmayıllıda tikiş fabriki açılmışdır
Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.
Dövlət başçısına məlumat verildi ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. Müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.
Dövlət başçısı fabrikin kollektivi ilə söhbət etdi.
Prezident İlham ƏLİYEV: Necəsiniz? İşlər necə gedir, necə işləyirsiniz?
Tikişçilər: Çox sağ olun, bu şəraitə görə minnətdarıq.
Prezident İlham ƏLİYEV: Biz qadınlar üçün də iş yerləri yaradırıq. Bu, həm ölkə üçün lazımdır, həm iş yerləridir. Həm də ki, qadınların işə cəlb edilməsi məsələləri öz həllini tapır. Hər halda iş yerlərinin açılması, belə gözəl, müasir şəraitdə bu işlərin təşkili sevindirici haldır. Sizi təbrik edirəm.
Tikişçi qadın: Cənab Prezident, rayonumuzda qadınlar üçün bu gözəl şəraiti, bu tikiş fabrikini yaratdığınıza görə Sizə ürəkdən minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Amin!
Başqa bir tikişçi qadın: Cənab Prezident, biz 1990-cı illərin əvvəllərində çörək növbələrini də görmüşük. Bugünkü gözəl, xoşbəxt həyatı yaşadığımıza görə, göydə Allaha, yerdə Sizə ürəkdən minnətdarlıq. Sizə uzun ömür, cansağlığı, bundan da gözəl nailiyyətlər, uğurlar arzulayırıq. Amin!
Prezident İlham ƏLİYEV: Çox sağ olun! İsmayıllıda işlər yaxşı gedir. Yeni rəhbərlik də çox fəal başlayıb. Artıq biz içməli su layihəsini də həll etdik. İndi şəhərə içməli su veriləcəkdir. Digər layihələr, iş yerləri, sosial obyektlər, avtovağzal, ondan sonra gedəcəyik elektrik stansiyasının açılışına. İsmayıllıda işlər kompleks şəkildə və sürətlə gedir. Belə iş yerlərinin açılması da onu göstərir ki, rayon dinamikanı artıq əldə saxlaya bilib.
İşçilər: Sizin rəhbərliyiniz sayəsində, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sizə yeni uğurlar, cansağlığı
arzulayıram!
***
Sonda xatirə şəkli çəkdirildi.
İsmayıllıda tikiş fabriki açılmışdır

Şərh Yaz