Minkə kəndində görüş-qəbul keçirilib

Minkə kəndində görüş-qəbul keçirilib
Avqust ayının 16-da Minkə kənd natamam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüş-qəbul keçirib.
Minkə kəndində görüş-qəbul

Avqust ayının 16-da Minkə kənd natamam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüş-qəbul keçirib.
Minkə kəndində görüş-qəbul keçirilibMinkə kəndində görüş-qəbul keçirilib
Kənddə qazın olmasını müsbət hal kimi dəyərləndirən başçı, kitabxana və tibb məntəqəsinin yaradılmasının vacibliyini vurğulayıb.
Kənd sakini Əliağa Cəlilov İsmayıllıda quruculuq-abadlıq işlərinin aparılmasından məmnun qaldığını bildirib. Kənddə işıq dirəkləri ilə bağlı nasazlıqların olduğunu deyib. Famil Vəliyev Minkə və Pirəbilqasım kəndlərini birləşdirən yolun pis vəziyyətdə olduğunu, gediş-gəlişin çətinləşdiyini diqqətə çatdırıb.
Sakinlərin şəxsi problemləri dinlənilib.
Sonda, qaldırılan məsələlər ilə bağlı aidiyyatı idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Çinarə Bəhərçinli

Şərh Yaz