“Elektron hökumət”in üstün cəhətləri


İnkişaf etmiş ölkələrdə demokratiyanın gücünü əsaslı şəkildə üzə çıxaran və inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in tətbiqidir.
“Elektron hökumət” adından bəlli olduğu kimi, müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən respublika ərazisində yaşayanlara informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
“Elektron hökumət”in üstün cəhətləri


İnkişaf etmiş ölkələrdə demokratiyanın gücünü əsaslı şəkildə üzə çıxaran və inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in tətbiqidir.
“Elektron hökumət” adından bəlli olduğu kimi, müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən respublika ərazisində yaşayanlara informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.


Yeni imkanlardan istifadədə məqsəd, xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları ilə vətəndaşlar arasında “məsafəni” azaltmaq, münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Elektron xidmətlərin tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunu təmin etmək məqsədi daşıyır. Beynəlxalq təcrübə göstərir ki, vətəndaşların dövlət orqanları ilə təmaslarının münasib şəkildə qurmaq üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı özünü tamamilə doğrultmuşdur.
“Elektron hökumət”in formalaşdırılmasında beynəlxalq təcrübəyə əsaslanan Azərbaycan bu sahədə uğurlu addımlar atmışdır. Belə ki, Respublika Prezidentinin 23 may 2011-ci il tarixdə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncam, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalamışdır. Məsələ ilə bağlı digər normativ aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Bu sahədə görülən işlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əlaqələndiricisi olmaqla “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyəti həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır. Dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, Müasir texnologiyalardan səmərəli şəkildə istifadə edə bilənlər üçün “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir. Nüfuzlu dövlət qurumları yaradılmış imkandan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini əsaslı şəkildə təmin edə bilirlər.
“Elektron hökumət”in əsas fəaliyyət prinsipləri çox sadə və əhəmiyyətlidir.
Maraqlı və əhəmiyyətli olanı budur ki, “Elektron hökumət”in xidmətindən istifadə zamanı məmurla vətəndaş üzləşməsi baş vermir. Məhz bu səbəbdən ilk növbədə xidmət zamanı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə tam riayət olunur, xidmət sahəsində asılı olmayaraq dövlət siyasəti həyata keçirilir, dövlətin milli maraqları, vətəndaşın hüquqları qorunur.
Vətəndaşı razı salan cəhətlərdən biri də istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunmasıdır. “Elektron hökumətdə dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsünün gözlənilməsi də arzuolunan hallardandır.
Müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirmək mümkündür.
“Elektron hökumət” dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinin də təminatçısıdır.
Bu müasir xidmətdən istifadə etməklə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə proseduraları da kifayət qədər sadələşir.
Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyi, tamlığı, etibarlılığı və sərbəst əldə olunması təmin edilir. Xidmətdən istifadə edən hər kəs sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxt maksimum azalır.
“Elektron hökumət”in xidmətindən istifadə etməkdə ən üstün cəhətlərdən biri, bəlkə də birincisi istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə edə bilməsinin mümkünlüyüdür.
“Elektron hökumət” virtual məkandır. Burada müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edilməklə ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsi xidməti həyata keçirilir.
Müasir texnologiyalardan kütləvi şəkildə istifadə olunması prosesinin gündən-günə inkişafı göstərir ki, yaxın gələcəkdə “Elektron hökumət” xidməti yalnız ondan istifadə edənlər üçün sınaq meydanı deyil, əsil fəaliyyət sahəsi olacaqdır.
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru

Yazı Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət” :mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirilən analitik məqalə müsabiqəsi üçün yazılıb.
Qeydiyyat nömrəsi: 165

Şərh Yaz