Hamı razılıq ifadə etdi

Hamı razılıq ifadə etdi
Son vaxtlar İsmayıllıda xidmət obyektləri istifadəyə verilməsi ənənə halını alıb. Get-gedə belə obyektlərin sayı artmaqdadır. Yaxşı haldır ki, əhalinin rahatlığını təmin edəcək obyektlərin tikintisi diqqət mərkəzində saxlanılır.
Bir neçə gün əvvəl “Xeyir-şər evi” adlanan belə tikilinin ikisində açılış oldu. Şəhərin ayrı-ayrı məhəllələrində inşa edilən belə binalar sakinlərin böyük razılığı ilə qarşılanıb.
Hamı razılıq ifadə etdi

Son vaxtlar İsmayıllıda xidmət obyektləri istifadəyə verilməsi ənənə halını alıb. Get-gedə belə obyektlərin sayı artmaqdadır. Yaxşı haldır ki, əhalinin rahatlığını təmin edəcək obyektlərin tikintisi diqqət mərkəzində saxlanılır.
Bir neçə gün əvvəl “Xeyir-şər evi” adlanan belə tikilinin ikisində açılış oldu. Şəhərin ayrı-ayrı məhəllələrində inşa edilən belə binalar sakinlərin böyük razılığı ilə qarşılanıb.

Hamı razılıq ifadə etdi
Belə binaların birinin açılışı şəhərin Heydər Əliyev prospektindəki çoxmənzilli binaların önündə baş tutdu. Hər biri 250 yerlik olan bu binalar eyni layihə üzrə inşa edilib. Ümumi zaldan əlavə, müasir avadanlıqlarla təchiz edilmiş mətbəx, ərzaq anbarı, elektrik enerjisi ilə işləyən iki samovar, “Ariston” markalı su qızdırıcısı mətbəxdə çalışanların ixtiyarına verilib. Mətbəxin qaz və elektrik enerjisi ilə işləyən pilətələri, soyuducu şkaflar aşpazların rahatlığını təmin edəcəkdir. Qab-qacaq yumaq üçün də hər cür şərait yaradılıb. Binaya daimi su xətti çəkilib. Zala kifayət qədər rahat mebel qoyulub. Zalda quraşdırılmış kondisioner adamların rahatlığına təminat verir.
Avqustun 5-də şəhərin Melioratorlar qəsəbəsi kimi tanınan yaşayış sahəsində belə bir obyektin açılışı baş tutdu. Tədbirdə xeyli şəhər sakini iştirak edirdi. Hamı səbirsizliklə açılışı gözləyirdi. Yığışanların söhbətlərindən bilinirdi ki, hamı bu xeyirxah işdən razıdır. Söhbətin əsas mövzusu şəhərdə gedən tikinti və abadlıq işləri idi.
İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov açılış yerindədir. Açılışa gələnlər onu dövrəyə alıblar. Hamı razılığını bildirir, bütün bu işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edirlər. M.Sadıqov qarşılıqlı olaraq toplaşanlara razılığını bildirir. Yaxın zamanlarda şəhərimizin simasının tamam dəyişəcəyini söyləyir.
Obyektin açılışında millət vəkili Novruzəli Aslanov da iştirak edirdi. RİH başçısının birinci müavini Rövşən Ağayev, ictimai-siyasi və humanitar məsələlər üzrə müavin Sevil Əhmədova, aqrar məsələlər üzrə müavin Həsən Həsənov və digər qonaqlar da açılışda iştirak edirdi. Onu da qeyd edək ki, bir gün əvvəl Heydər Əliyev prospektində belə binanın açılışı olmuş, tədbirdə RİH başçısı M.Sadıqov, S.Əhmədova da iştirak etmişdir.
Binanın açılışı iftar vaxtına salınmışdı. Yeni binada həm də iftar verilməli idi. RİH-in işçisi V.Salehov qısa nitqlə tədbirin məqsədini açıqladı, rayonda gedən inkişafdan, ölkə prezidenti İlham Əliyevin rayona göstərdiyi böyük qayğıdan danışdı. Hamının adından Prezidentə minnətdarlıq etdi.
Açılışa gələnlər zala daxil olub yerlərini tutdular. V.Salehov iftara toplaşanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi, xalqımıza və ölkəmizə əmin-amanlıq arzuladı.
Bir xoş gün arxada qaldı. İnşallah belə xoş günlərimiz daha çox olacaq.
B.Babayev

Şərh Yaz