Nəticələr qənaətbəxş deyil

Nəticələr qənaətbəxş deyil
Avtonəqliyyatın artdığı bir zamanda onun təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Son zamanlar yollarda tez-tez qəzaların baş verməsi, insan ölümləri hamını narahat edir və bu istiqamətdə təhlükəsizlik tədbirləri həyata keçirilir.Təəssüflər olsun ki, hələlik bu qəzaların aradan qaldırılması sahəsində görülən tədbirlər istənilən nəticəni vermir. Yol-nəqliyyat hadisələrinin baş verməsinin ən başlıca səbəblərindən biri sürücülərin intizamsızlığıdır desək, heç də səhv etmərik. Qəzaların əksəriyyəti sürət həddinin gözlənilməməsi, yol nişanlarının tələblərinə əməl edilməməsi acı nəticələrə gətirib çıxarır. Bu da ölüm, şikəstlik deməkdir. Ölkəmiz üçün acı nəticələr verən qəzaların qarşısının alınması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Cəza tədbirlərinin sərtləşdirilməsi də hələlik lazımi səmərə vermir. Burada geniş ictimaiyyətin gücünə arxalanmalıyıq. Bəs rayonumuzda vəziyyət necədir? Suala cavab vermək üçün bu ilin altı ayının nəticələrini nəzərdən keçirməliyik. Nəticələr qənaətbəxş deyil
Avtonəqliyyatın artdığı bir zamanda onun təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Son zamanlar yollarda tez-tez qəzaların baş verməsi, insan ölümləri hamını narahat edir və bu istiqamətdə təhlükəsizlik tədbirləri həyata keçirilir.Təəssüflər olsun ki, hələlik bu qəzaların aradan qaldırılması sahəsində görülən tədbirlər istənilən nəticəni vermir. Yol-nəqliyyat hadisələrinin baş verməsinin ən başlıca səbəblərindən biri sürücülərin intizamsızlığıdır desək, heç də səhv etmərik. Qəzaların əksəriyyəti sürət həddinin gözlənilməməsi, yol nişanlarının tələblərinə əməl edilməməsi acı nəticələrə gətirib çıxarır. Bu da ölüm, şikəstlik deməkdir. Ölkəmiz üçün acı nəticələr verən qəzaların qarşısının alınması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Cəza tədbirlərinin sərtləşdirilməsi də hələlik lazımi səmərə vermir. Burada geniş ictimaiyyətin gücünə arxalanmalıyıq. Bəs rayonumuzda vəziyyət necədir? Suala cavab vermək üçün bu ilin altı ayının nəticələrini nəzərdən keçirməliyik.
Nəticələr qənaətbəxş deyil
İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi Bölməsi (DYPB) də bu istiqamətdə müəyyən işlər görmüşdür. Geridə qalan altı ayda Yol Polis Xidməti (YPX) inspektorları tərəfindən 929 nəfər sürücü saxlanmış və barələrində inzibati qaydada tədbirlər görülmüşdür. Onlardan bir nəfəri – Şahin İsgəndərov VAZ-21074 markalı, 90 KH 119 dövlət qeydiyyat nişanlı avtomobilə saxta nömrə vuraraq rayon ərazisində avtoxuliqanlıq edərkən saxlanmışdır. Bu az imiş kimi, yoxlama zamanı onun üzərindən çəkisi 1,7 qram olan narkotik maddə aşkar edilərək götürülmüş və aidiyyatı üzrə təhvil verilmişdir. 23 yanvar tarixində Bakı şəhəri Suraxanı rayon sakini Emin Şəmdinov şəhərimizin Nizami küçəsinin dörd yol hissəsində 90 NR 485 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir.
Gətirdiyimiz faktlar bununla tamamlanmır. Həmin müddət ərzində sərxoş vəziyyətdə avtomobil idarə edən 41 nəfər sürücü saxlanmışdır. 5 nəfər qoşa xəttin tələbini, 53 nəfər ötmə qaydasını pozmuşdur. İki nəfər sürücü saxla əmrinə əməl etməmişdir. Bir nəfər qəza şəraiti yaratdığına görə, 3 nəfər sürücü işıqforun qaydasını pozduğuna görə, 70 nəfər sürücü avtomobili texniki baxışdan keçmədiyinə görə müvafiq qaydada cəza almışdır. 86 nəfər sürücü giriş qadağandır nişanının tələbini pozmuşdur. Qəribə burasıdır ki, nə az, nə çox düz 100 nəfər sürücülük hüququ olmadan avtomobili idarə etmışdir. Bunlardan biri azyaşlı – Azad Mahmudov VAZ-21013 markalı, 31 BA 023 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda, sürücülük hüququ olmadan idarə etmişdir. Cavid Comərov QAZ-24 markalı, 31 BB 441 dövlət qeydiyyat nişanlı, İbrahim Abdullayev VAZ-21214 markalı, 90 RZ 043 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan təkrar idarə etdiklərinə görə saxlanmışlar. İbrahim Osmanov “Nissan Sunni” markalı, 31 BC 996 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Onlar barəsində protokol tərtib edilərək İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlar üzrə komissiyaya göndərilmişdir. 562 nəfər sürücü digər qayda pozuntularına görə barələrində inzibati tədbirlər görülmüşdür.
Onu da qeyd edim ki, keçən ilin eyni dövri ilə müqayisədə bu il inzibati protokolların sayı 110 ədəd, sərxoş sürücülərin sayı iki nəfər azalmışdır. Bu ilin altı ayı ərzində DYPB-nin xidmət apardığı ərazidə bir yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı 3 nəfər xəsarət almışdır. Keçən ilin eyni dövründə 7 hadisə baş vermişdir, ölən 2 nəfər, yaralananlar isə 5 nəfər olmuşdur.
Əməkdaşlarımız rayon PŞ-nin cinayət-axtarış bölməsi ilə birlikdə əməliyyat-axtarış tədbirlərində də iştirak edirlər. 4 fevral 2013-cü il tarixdə şəhərin Əbülhəsən küçəsinin dörd yol hissəsində şəhər sakini Vasif Məmmədov özünü şübhəli apardığına görə saxlanmış, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Nəticədə, onun üzərində çəkisi 6,58 qram qurudulmuş marixuana aşkar edilmişdir.
Bu il mayın 30-da birgə keçirilmiş tədbirdə Bakı şəhər sakini Ağasadıq Rəhimov şübhəli davranışı ilə diqqəti cəlb etmişdir. Polisə gətirilən Ağasadıqın cibindən iki bükümdə çəkisi 0,685 qram narkotik maddə olan heroin götürülmüşdür.
İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yaşayan Nadir Səmədov narkotik vasitələri qanunsuz saxlamaqda və istifadə etməkdə şübhə doğururdu. Bu ilin iyun ayının 5-də onun idarə etdiyi VAZ-21074 markalı, 10 RV 159 dövlət qeydiyyat nişanlı avtomobili saxlanmışdır. Üzərinə baxış zamanı çəkisi 1,324 qram tiryək aşkar edilərək götürülmüşdür. Bundan əlavə, N.Səmədovun həyətyanı sahəsindən ümumi çəkisi 20 qram olan 4 ədəd qurudulmuş çətənə bitkisi aşkar edilərək götürülmüşdür.
Əməkdaşlarımız xidməti borclarını yerinə yetirmək üçün səylə çalışırlar. Buna baxmayaraq, işlərimizdə hələ də nöqsanlar vardır. Gördüyümüz işlərdən bir o qədər də razı deyilik. Hazırda şəhərdə tikinti, abadlıq işləri aparıldığına görə küçələrdə avtonəqliyyatın, həmçinin piyadaların hərəkəti çətinləşib. Tezliklə küçələrin yenidən qurulması başa çatacaq. O, gün uzaqda deyil.
Əhməd Cəlilov,
İsmayıllı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru

Şərh Yaz