Ana Vətən Partiyasının VI qurultayı keçirilib

Ana Vətən Partiyasının VI qurultayı keçirilib
Avqust ayının 3-də Ana Vətən Partiyasının VI qurultayı keçirilib. Qurultay iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidə önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən oğul və qızlarımızın məzarlarını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyublar.
Ana Vətən Partiyasının VI qurultayı keçirilib

Avqust ayının 3-də Ana Vətən Partiyasının VI qurultayı keçirilib. Qurultay iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidə önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən oğul və qızlarımızın məzarlarını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyublar.
Ana Vətən Partiyasının VI qurultayı keçirilib
Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
AVP sədri Fəzail Ağamalı partiyanın V qurultayından keçən dövr ərzində görülən işlərin hesabatı ilə çıxış edib. F.Ağamalı Azərbaycanın daxili və xarici siyasəti barədə də danışıb: “Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu gün Azərbaycanın çox güclü ordusu var. Azərbaycan demokratik dövlətdir və Dağlıq Qarabağ münaqişəsinin həllini sülh yolu ilə həll etməyə çalışır”.
Qurultayda AVP İsmayıllı rayon təşkilatının sədri Şahməmməd Soltanov çıxış edib.
Qurultay iştirakçılarını Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının üzvləri, eləcə də öz adından salamlayan təşkilat sədri qeyd edib ki, partiya sədrinin dərin məzmunlu məruzəsindən sonra əslində, deyiləcək bir sözə ehtiyac yox idi. Lakin məruzədən irəli gələn başlıca məqsədləri qarşıdan gələn illər üçün fəaliyyət planı kimi qəbul etdikdə, üzərimizə düşən vəzifələrin böyüklüyünü və əhəmiyyətini dərk edərək bildirirəm ki, Ana Vətən Partiyası bütün həlledici, tarixi məqamlarda olduğu kimi, bu gün də Dövlətçilik, Azərbaycançılıq və Vətənkeşlik prinsiplərini rəhbər tutur, yenə də Azərbaycanın inkişaf edən sabahları, tərəqqi edən gələcəyi, uğrunda inamlı addımlarla ön sıralarda irəliləməkdədir.
O,18 il yüksək qürur və şərəf hissi ilə Ana Vətən Partiyasının üzvlük vəsiqəsini daşıdığını söyləyərək, Azərbaycanın mirvarisi olan İsmayıllıda partiya təşkilatına sədrlik etdiyini söyləyib. Ötən illər ərzində partiya tərəfindən verilən tapşırıqlara yüksək məsuliyyət hissi ilə yanaşıldığını deyib. Ş.Soltanov əminliklə bu gün qarşımıza qoyulan vəzifələrin də həyat həqiqətinə çevrilməsi üçün var qüvvələrin səfərbər olunacağını vurğulayıb.
Çıxışı alqışlarla qarşılanan natiq Ana Vətən Partiyasının təməl prinsiplərindən olan çox dəyərli bir fikrə diqqət çəkib: Biz hakimiyyət uğrunda deyil, hakimiyyətə layiq olmaq uğrunda mübarizə aparırıq. Seçmək xalqın hüququdur.
Bununla bərabər, o bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq və Dövlətçilik ideyalarına sədaqət göstərən Ana Vətənçilər bu gün öz seçimlərində əsil vətəndaşlıq nümayiş etdirərək, Azərbaycan xalqının sevimli oğlunu, möhtərəm prezidentimiz cənab İlham Əliyevi ölkə prezidentliyinə yenidən namizəd göstərməsini ürəkdən bəyənir və alqışlayırlar.
Gündən-günə inkişaf edən, müstəqil Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük, möhtəşəm uğurlara imza atacaqdır.
Yeniləşən, çiçəklənən Ana Vətənimizə – Azərbaycana eşq olsun! – deyə Ş.Soltanov çıxışını tamamlayıb.
Fəzail Ağamalı yenidən Ana Vətən Partiyasının sədri seçilib.
Qurultayın sonunda AVP sədri Fəzail Ağamalı çıxış edərək, partiyanın qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.
Aqil Qasımov,
qurultay nümayəndəsi

Şərh Yaz