İsmayıllı məktəbliləri yaşıl və sağlam dünyamız uğrunda

İsmayıllı məktəbliləri yaşıl və sağlam  dünyamız  uğrunda
Dünyada təqribən 410 milyon insanın doğma dil və 1 milyard insanın ikinci dil kimi istifadə etdiyi ingilis dili aparıcı xarici dil kimi sərhədləri aşır, dinindən, irqindən və milliyyətindən asılı olmayaraq bütün insanlara bir araya gəlməkdə və yeganə məqsəd uğrunda irəliləməkdə vahid açar rolunu oynayır. Hazırkı dövrdə qloballaşma prosesinin və inteqrasiya meyllərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri ingilis dilinin daha kommunikativ yollarla tədrisini ön plana çəkir. İngilis dili daha qlobal əhəmiyyət kəsb etdikcə ölkəmizdə ona olan maraq və öyrənmə həvəsi də gündən-günə artır. İsmayıllı məktəbliləri yaşıl və sağlam dünyamız uğrunda
Dünyada təqribən 410 milyon insanın doğma dil və 1 milyard insanın ikinci dil kimi istifadə etdiyi ingilis dili aparıcı xarici dil kimi sərhədləri aşır, dinindən, irqindən və milliyyətindən asılı olmayaraq bütün insanlara bir araya gəlməkdə və yeganə məqsəd uğrunda irəliləməkdə vahid açar rolunu oynayır. Hazırkı dövrdə qloballaşma prosesinin və inteqrasiya meyllərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri ingilis dilinin daha kommunikativ yollarla tədrisini ön plana çəkir. İngilis dili daha qlobal əhəmiyyət kəsb etdikcə ölkəmizdə ona olan maraq və öyrənmə həvəsi də gündən-günə artır.
İsmayıllı məktəbliləri yaşıl və sağlam  dünyamız  uğrunda
Bir müəllim kimi bu dili şagirdlərə sevdirmək, yüksək səviyyədə tədrisinə nail olmaq, onların dil bacarıqlarını hərtərəfli inkişaf etdirərək ölkəmizi və xalqımızın milli-mənəvi dəyərlərini beynəlxalq arenada layiqincə təmsil edə biləcək bir vətəndaş kimi yetişdirmək missiyası isə biz müəllimlərin üzərinə düşür. Dərsə verilmiş vaxtın hər dəqiqəsindən və məktəbimizin geniş tədris şəraitindən səmərəli istifadə edərək çalışıram ki, şagirdlərim maksimum səviyyədə ingilis dili bacarıqlarına yiyələnsinlər. Çünki sabaha daha ümidli və nikbin baxaraq inanıram ki, bu dil onların dünya mədəniyyəti xəzinəsinə yol taparaq yeni mədəniyyətlərlə tanışlıq, müxtəlif xalqlarla ünsiyyət, qazandığı nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq bacarığına yiyələnmək üçün vasitə olmaqla yanaşı şagirdin yüksək səviyyəli layiqli vətəndaş, yaradıcı və tənqidi düşünən şəxsiyyət kimi yetişməsində mühüm rol oynayacaq. İngilis dilinin tədrisində qənaətbəxş nəticəyə nail olmaq üçün şagirdlərə sərbəst atmosferin, etibarlı və dəstəkləyici mühitin yaradılmasını vacib hesab edirəm. Bu halda şagirdlər öyrəndiyi sözləri nəinki sinifdə hətta sinifdən kənarda da müstəqil və şüurlu şəkildə işlədərək uğurlu ünsiyyət qurma bacarığına nail olacaqlar. Şagirdə verilən dil bacarıqlarını yalnız dərsliklər və sinif otaqları ilə məhdudlaşdırmamaq və dil bacarıqlarının inkişafına təkan verən ünsiyyət qurma meylini artırmaq məqsədilə onların beynəlxalq layihələrdə iştirakına geniş səy göstərirəm. Ümumiyyətlə, beynəlxalq layihələrdə iştirakı ingilis dilinin tədrisinin bir hissəsi hesab edirəm və düşünürəm ki, layihənin məqsədinə uyğun olaraq şagirdin tərbiyəsinə daha asanlıqla təsir edərək onun geniş dünyagörüşlü, hərtərəfli bir şəxsiyyət kimi formalaşmasında daha qənaətbəxş nəticələr əldə etməklə bu layihələr şagirdin dünyəvi biliklərlə silahlanması, maariflənməsi, əmək, ekoloji, iqtisadi tərbiyəsi və şagirdin həyata hazırlanmasında bir yardımçımız olur. Qazanılmış uğurlar isə bizi hər il daha yeni-yeni layihələrə, ideyalara, daha geniş əməkdaşlığa və daha sıx ünsiyyətə həvəsləndirir. Müasir dünyamızın aktual problemləri sayılan ətraf mühitin çirklənməsi, təbiətin mühafizəsi, qlobal iqlim dəyişikliyi kimi problemlərin çözülməsində böyükdən-kiçiyə bütün bəşəriyyətin bir olmasını və bunun üçün də şagirdlərin belə biliklərlə təlimatlandırılmasında məhz məktəbin rolunu daha vacib sayaraq son illərdə ekoloji layihələrə daha çox üstünlük vermişik. Yenə də məqsədimiz birdir. Şagirdlərin dil qabiliyyətlərini inkişaf etdirməklə yanaşı onlarda təbii sərvətləri qorumaq, təbiəti mühafizə etmək və zənginləşdirmək, ekoloji balansın qorunması, kimyasız qida, təmiz məhsul əldə etməyin yollarını və malik olduqları sərvətlərə hörmətlə yanaşaraq təkrar istifadə sistemini öyrətmək, bir sözlə, şagirdlərin ekoloji tərbiyəsini formalaşdırmaq.
32 ölkə məktəblisinin ekoloji tərbiyəsində xüsusi rol oynamış beynəlxalq “Orqanik Bağ” layihəsi ilə bizim, 55 ölkənin iştirak etdiyi ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “İNEPO Avrasiya” ətraf mühitin mühafizəsi Ⅶ beynəlxalq layihə olimpiadasının final mərhələsində iştirakımız da şagirdlərimiz üçün daha bir böyük təcrübə idi. Tədbirin təşkilatçılarından biri “İDEA” yaşıl hərəkatın prezidenti, Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın, hökumət nümayəndələri və nazirlərin tədbirə qatılması tədbirin böyük önəm daşıdığını sübut edirdi.
İsmayıllı məktəbliləri yaşıl və sağlam  dünyamız  uğrundaİsmayıllı məktəbliləri yaşıl və sağlam  dünyamız  uğrunda
2012-ci il may ayının 5-də 350.org layihəsinin keçirdiyi İqlim Dəyişiklikləri gününü biz İsmayıllı şəhər 1 saylı orta məktəbin şagirdləri ilə rayon səviyyəsində qeyd etdik. 5-11-ci sinif şagirdləri və təbiət fənlərini tədris edən müəllimlərin iştirakı ilə məktəbin həyətində təşkil etdiyimiz tədbirdə şagirdlərə son illərdə ölkəmizdə baş vermiş iqlim dəyişiklikləri, onların səbəbləri və törətdiyi fəsadlar, məqsədyönlü olaraq təşkil edilmiş 350.org aksiyasının məramı və gedişi haqqında məlumat verildi. Azərbaycanda eləcə də, dünyada baş verən iqlim dəyişiklikləri və onların törətdiyi fəsadlar haqqında şagirdlərə məlumat verildi. Təbiəti qorumağın sirlərini və bunun nə dərəcədə vacib olduğunu şagirdlərə daha dolğun şəkildə çatdırmaq üçün tədbirə bu işlə biləvasitə əlaqəsi olan təşkilatlar – 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və Təhsil Şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları, eləcə də media nümayəndələri də dəvət olunmuşdu. Ekoloji maarifləndirmə aksiyası rayon mərkəzində və Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində də davam etdirildi, mərkəzin kollektivi ilə birlikdə ağaclar əkildi. Azərbaycanda müxtəlif səbəblərdən baş verən torpaq sürüşmələri ilə təzahür edən iqlim dəyişikliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün şagirdlər layihənin moderatorları amerikalı Bill Makkiben, Mey Boiv və Ukraynalı Yuliya Makliyuk tərəfindən yönləndirilən və 67 ölkə nümayəndələrinin eyni zamanda onlayn iştirak etdiyi video konfransa qoşuldular. Həm konfrans zamanı, həm də layihənin elektron səhifəsində şagirdlər Azərbaycanda baş verən torpaq sürüşmələrini fotoşəkillər vasitəsilə nümayiş etdirərək ingilis dilində onların şərhini verdilər, internet vasitəsilə iştirak edən ölkələrin nümayəndələri ilə fikirlərini bölüşdülər və yaranmış ekoloji problemlərdən çıxmaq üçün cəmiyyəti birliyə çağırdılar. Bizim bu layihədə iştirakımız “350.org” layihəsinin davamı olaraq keçirilən “Global Power Shift” (GPS) layihəsinin birinci mərhələsinə 2013-cü il 24-30 iyun tarixində İstanbulda keçirilən GPS Phase-1 sammitinə iştirakçı kimi seçilməyimizə əsas oldu. Sammit üçün məkan Türkiyənin aparıcı təhsil ocaqlarından olan İstanbul Texniki Universitetinin (İTÜ) kampusu seçilmişdi. “Global Power Shift” sammiti dünyanın 138 ölkəsindən seçilmiş 500 iştirakçı, 29 müxtəlif ölkələrdən olan 60 fasilitator və 40 könüllü mütəxəssis – bir sözlə təqribən 600 iqlimşünas və ekoloqun planetimizi iqlim böhranlarından xilas etmək, iqlim dəyişikliklərinə qarşı mübarizə və insan həyatını təhlükədən qorumaq məqsədilə yeni bacarıqlar, müxtəlif təcrübələr və gələcək planların həyata keçirilməsi üçün yeni strategiyaların öyrənilməsi və mübadiləsi məqsədilə bir araya gəldikləri çox böyük və möhtəşəm bir toplantı idi. Kampusun geniş plenar zalında hər gün keçirilən səhər və axşam plenar sessiyalarda plenar məruzəçilərin – iqlimşünas alimlərin, beynəlxalq ekspertlərin, ekoloqların və iqlim böhranlarına məruz qalmış ölkələrin nümayəndələrinin təqdimatları ilə tanışlıq əlbəttə ki, bizim bu sahədə daha çox bilgi əldə etməyimizə xidmət edirdi.
350.org hərəkatının çağırışıyla qlobal iqlim dəyişikliklərinə diqqət çəkmək üçün 29 iyunda iştirakçılar müxtəlif dillərdə səsləndirdikləri “Başqa bir dünya mümkün”, ”Diren Gezegen” kimi şüarlar altında Kadıköyə yürüş etdi. Sammit iştirakçılarına Türkiyədə fəaliyyət göstərən əhəmiyyətli ekoloji qurumlardan “Greenpeace Akdeniz”, “TEMA”, “Küresel Eylem Grupu” daxil olmaqla 45 dövlət müəssisəsi dəstək verdi. Təqribən 2 min insanın iştirak etdiyi və Türk xalqının bugünkü tələbləri ilə həmrəy olan bu yürüş Türkiyədə böyük əks-səda doğurdu, və Türkiyənin və dünyanın bir çox ölkəsinin mediası tərəfindən çox geniş səviyyədə işıqlandırıldı.
GPS sammitinin bir-birini tamamlayan ikinci mərhələsi iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirlərini nəzərdə tutan aksiyaların yerlərdə təşkil edilməsindən ibarətdir. 7 günlük sammit boyunca keçirilən düşərgə və panel sessiyaları, kampaniyaların təşkili kursları iştirakçıları ikinci mərhələni öz ölkələrində daha effektiv və məhsuldar şəkildə təşkil etmək üçün hazırlayırdı. Qaydaya görə hər bir iştirakçıya yalnız bir kursu bitirmək hüququ verilirdi və mən kampaniyaların rəqəmsal təşkili (Digital Campaining) kursunu bitirdim. İnanıram ki, kurs müddətində əldə etdiyimiz bilikləri səfərbər edərək sərhəd və məkan bilməyən, eyni zamanda çoxlu sayda insanın cəlb edilməsi mümkün olan, son dərəcə ucuz və sürətli, amma çox yaradıcı bir kompaniyalaşdırma vasitəsi olan rəqəmsal və onlayn təşkilatçılıq vasitəsilə Planetimizin qorunması yolunda GPS layihəsinin 2-ci mərhələsini öz ölkəmizdə daha maraqlı və faydalı şəkildə təşkil edəcəyik. Ümumiyyətlə, bu layihənin 2-ci mərhələsinin dünyanın bütün ölkələrində 2013-2014-cü illər boyu keçirilməsi nəzərdə tutulur. Biz də Azərbaycanda bu aksiyaların təşkil edilməsi üçün müəyyən fəaliyyət planı hazırlamışıq. Ölkəmizdə mövcud olan iqlim böhranları və onların həlli yollarını aradan qaldırmaq üçün “Global Power Shift Phase 2 – Azerbaijan” facebook səhifəsi fəaliyyət göstərir. Ölkəmizi həqiqətən “yaşıl cənnət” görmək istəyən bütün könüllüləri sıralarımızda görməkdən məmnun olarıq.
Ruhiyyə Mahmudova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəlli, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Şərh Yaz