Elektron hökumət vaxtımıza və büdcəmizə qənaətdir

Elektron hökumət vaxtımıza və büdcəmizə qənaətdir
Elektron hökumət – İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini və insanların bütün sahələrdə əlaqələrinin asanlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda bütün dövlət idarələri ilə internet vasitəsi ilə əlaqənin yaradılması və şəffaflığın təmin olunmasına şərait yaradır. Öz iqtisadiyyatımızın inkişaf yollarından biri müxtəlif idarəetmə sahələrində informasiya texnologiyalarının tətbiq etməkdir. Elektron hökumətin rolu mühüm problemləri həll etmək üçün cəmiyyət və dövlət arasında qarşılıqlı əlaqə mexanizminin təkmilləşdirilməsi, ictimai xidmətlərin və enerji ictimai həyata təmin edilməsi üçün prosedurların sadələşdirilməsi, şəffaflığın və aşkarlığın təmin edilməsi, hökumət qərarlarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət aparatının xərclərini azaltmaq, əhalinin hüquqi biliklərinin artırılması və ictimai informasiya və kommunikasiya texnologiyaları ilə hakimiyyətinin həyata təmin etmək üçün güc müasir informasiya cəmiyyəti qarşısında cavab verir.Elektron hökumət vaxtımıza və büdcəmizə qənaətdir

Elektron hökumət – İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini və insanların bütün sahələrdə əlaqələrinin asanlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda bütün dövlət idarələri ilə internet vasitəsi ilə əlaqənin yaradılması və şəffaflığın təmin olunmasına şərait yaradır. Öz iqtisadiyyatımızın inkişaf yollarından biri müxtəlif idarəetmə sahələrində informasiya texnologiyalarının tətbiq etməkdir. Elektron hökumətin rolu mühüm problemləri həll etmək üçün cəmiyyət və dövlət arasında qarşılıqlı əlaqə mexanizminin təkmilləşdirilməsi, ictimai xidmətlərin və enerji ictimai həyata təmin edilməsi üçün prosedurların sadələşdirilməsi, şəffaflığın və aşkarlığın təmin edilməsi, hökumət qərarlarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət aparatının xərclərini azaltmaq, əhalinin hüquqi biliklərinin artırılması və ictimai informasiya və kommunikasiya texnologiyaları ilə hakimiyyətinin həyata təmin etmək üçün güc müasir informasiya cəmiyyəti qarşısında cavab verir.
Elektron hökumət vaxtımıza və büdcəmizə qənaətdir
“Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır. Yeni e-xidmətlərin həyata keçirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir. Dövlət qurumları və yerli icra hakimiyyət orqanları tərəfindən idarəetmə üsullarının keyfiyyətinin artırılması, dövlət sektoru tərəfindən yeni informasiya və kommunikasiya texnologiyalarının tədbiq edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Elektron hökumətin (www.e-gov.az) əsas istiqamətləri: 1) E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması; 2) E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması; 3) “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi; 4) Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi; 5) E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması; 6) Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması; 7)Dövlət idarəçiliyində texnologiyaların genişlənməsi. Belə ki, elektron dövlət, ictimai xidmətləri təmin etmək və onun birlik və ərazi bütövlüyünü təmin, informasiya və kommunikasiya texnologiyalarından istifadə, əhalinin hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanlarını təmin etmək üçün dövlət orqanları və ictimaiyyət arasında qarşılıqlı fəaliyyət metodudur. “Elektron hökumət” sadələşdirilmiş formada yeni informasiya texnologiyalarının tətbiqi ilə dövlət orqanlarının və vətəndaşların xüsusi kommunikasiya infrastrukturunun genişlənməsinə səbəb ola bilər. Yeni texnologiyalar, informasiya texnologiyalarının tətbiqi şəhərlərinin inkişafı üçün çox vacibdir . “E-hökumət” anlayışı İngilis anlayışı olan e-government uyğundur. Elektron hökumət bütövlükdə dövlətə müraciət müddətində istifadə olunur.
E-hökumət infrastrukturunun əsas komponentləri; 1) E-dövlət orqanlarının vahid şəbəkə infrastrukturu; 2) E-hökumət portalı; 3) E-hökumət şlüzü; 4)İnformasiya resursları və sistemlərinin dövlət reyestri; 5) E-imza üzrə milli infrastruktur; 6) E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır); 7) E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır. Elektron hökumət – informasiya elektron emalı, ötürülməsi və yayılması əsasında hökumət sistemi. E- hökumət xidmətlərinin təmin forması tam avtomatlaşdırılmışdır. Ölkəmizdə belə yeniliklərin çox yerlərdə hətta ən ucqar yerlərdə belə rast gəlmək olar. Gündən-günə inkişafda olan ölkəmizdə də bunu görmək mümkündür. Bu gün demək olar ki, bütün sahələrdə İKT-nin tətbiqi ilə rastlaşırıq. Bu xüsusi ilə zamana qənaət prinsipini həyata keçirir. Əgər bir neçə il geriyə dönsək, görərik ki indi hər şey İKT-nin tətbiqi ilə nə qədər asanlaşıb. Ən sadə bir misal: əgər bir məktub sahibinə 1 aya, 15 günə çaırdısa, bu gün biz buna İKT vasitəsi ilə 1 saniyəyə nail ola bilərik. Bu gün İKT elə bir inkişaf nöqtəsindədir ki, ayrı-ayrı qitələrdə yaşayan qohum-qardaş biri-birləri ilə Skype vasitəsi ilə görüntülü danışıq belə edirlər. Bəli elektron hökumət layihəsi bu gün bütün sahələrdə bizim üçün rahat yaşamağa şərait yaradıb. Hər hansı bir məsələ üçün bir şəhərdən digərinə artıq getmək zərurətində qalmırıq, çünki bunların hamısı internet vasitəsi ilə həll oluna bilir. Hətta şəhər-rayon daxilində olan kommunal ödəmələri belə evdə oturaraq internet vasitəsi ilə reallaşdırmaq mümkündür. Bu gün elektron hökuməti səyyah şəkilində rayonlarda, kəndlərdə belə görürük. Bu günlərdə İsmayıllı rayonunun mərkəzində insanların toplanmasını görüb mən də ora yaxınlaşdım . Görün, nə qədər bizim ölkəmiz inkişaf edib – Asan xidmət yazılan böyük avtobuslarla bir qrup nümayəndə əhaliyə bütün sahələrdə onlara lazım olan məsələləri ən qısa vaxtda həll etmək üçün əllərindən gələni edir. Bəli bu gün gənc ailələr qurularkən kəbinlərini məhz www.e-gov.az(http://www.1news.az/society/20130729051150922.html) saytına müraciət etməklə reallaşdır bilərlər. Təbii ki bunu hər kəs görür, qiymətləndirir və işi təşkil edən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bu xidmət vasitəsi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığının şahidi olduq. Həmçinin ictimai qərarların qəbulunda vətəndaşların yaxından iştirakının şahidi olduq Elektron imza proqramı vasitəsilə istənilən vətəndaş internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Tətbiq edilən yenilik xidmətin keyfiyyətini yüksəltmək, operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını alır. Çox böyük sürətlə inkişaf edən texnologiyalar dövründə təbii ki təhsil sahəsi de İKT-siz qala bilməzdi. Məhz bunun nəticəsidir ki, bu gün dünya məktəbləri bir araya gələrək artıq özləri yeni İKT layihələri hazırlayaraq dünya arenasına çıxırlar. Bu gün bu bir həqiqətdir ki, kənd məktəbləri belə internet vasitəsi ilə müxtəlif layihələrə qoşularaq müsabiqə qalibləri olurlar və bütün əməliyyatlar İKT vasitəsi ilə həyata keçirilir. Təbii ki, biz də məktəb sahəsində çalışdığımız üçün belə layihələrdə yaxından iştirak edirik. Belə İKT layihələrindən biri də “Elektron təhsil” layihəsidir. Elektron təhsil ənənəvi təhsil ilə müqayisədə bir çox faydalı cəhətlərə malikdir. Birinci-qənaət deməkdir. İstifadəçilər ayrı-ayrı nöqtələrdə yaşayaraq yataqxana və nəqliyyat xərclərinə qənaət edirlər. Elektron kursları müəllimlərin nəzarəti olmadan keçirlər. Bu layihə 2010-cu ildə başlamışdır. Və çox sevindirici haldır ki, artıq bu müsabiqə saytı bir təhsil resursuna çevrilmişdir. Hər kəsə lazımlı materialları ya yükləyə və ya izləyə bilər. Biz öz növbəmizdə məktəbimizin bloqunu yaratmışıq və çox sevindirici haldır bu il yüksək bal toplayaraq müsabiqənin qalibi olmuşdur. (http://ismailliculyanvillagesecondaryschool.blogspot.com/) Bütün online ingilis dilini öyrənənləri bu bloqa dəvət edirik. Bu gün İKT sayəsində olan inkişafın nəticəsidir ki xarici ölkələrdə təhsil almaq istəyənlər öz sənədlərini, ixtisas seçimlərini internet vasitəsi ilə təqdim edirlər. Həmçinin internet vasitəsi ilə digər müsabiqələrə qatılaraq sertifikatlar və hədiyyələr əldə edirik. MY NAME AROUND THE WORLD,
The Global Motherland Festival – 2011, OLE project , Bütün bu layihələrə biz internet vasitəsi ilə nail oluruq. Elektron hökumət (www.e-gov. az) vaxtımıza və büdcəmizə qənaətdir.
Məqalə yazılarkən www.e-gov.az saytından istifadə olunmuşdur.
Şərafət Bayramov,
İsmayıllı rayon Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz