2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi

2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və ardıcıl olaraq yüksələn xətlə sürətlənir. İyulun 18-də Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş nitqində bu yüksəliş xətti, ilin 6 ayının yekunları və dinamik inkişafın nəticələri dərin təhlilini tapıb.
Ölkədə iqtisadi artım bu il də dünya miqyasında nümunə olacaq səviyyəyə çatmışdır. Ümumi daxili məhsul 5 faiz artmışdır. Ən sevindirici hal odur ki, qeyri-neft sektorunda artım 11 faizdir. Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin düzgünlüyünün və elmiliyinin, müasirliyinin, qlobal düşüncəyə əsaslanmasının nəticəsidir ki, qeyri-neft sektorunun inkişafında çox ciddi nailiyyətlər əldə edilib.
10 il ərzində qeyri-neft sektorunda 2 dəfə artım əldə olunması məqsədinə nail olunmuşdur. Kənd təsərrüfatında da 5 faiz artım əldə edilib.
2013-cü ilin 6 ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun m ə r u z ə s i
2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və ardıcıl olaraq yüksələn xətlə sürətlənir. İyulun 18-də Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş nitqində bu yüksəliş xətti, ilin 6 ayının yekunları və dinamik inkişafın nəticələri dərin təhlilini tapıb.
Ölkədə iqtisadi artım bu il də dünya miqyasında nümunə olacaq səviyyəyə çatmışdır. Ümumi daxili məhsul 5 faiz artmışdır. Ən sevindirici hal odur ki, qeyri-neft sektorunda artım 11 faizdir. Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin düzgünlüyünün və elmiliyinin, müasirliyinin, qlobal düşüncəyə əsaslanmasının nəticəsidir ki, qeyri-neft sektorunun inkişafında çox ciddi nailiyyətlər əldə edilib.
10 il ərzində qeyri-neft sektorunda 2 dəfə artım əldə olunması məqsədinə nail olunmuşdur. Kənd təsərrüfatında da 5 faiz artım əldə edilib.
İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bunun təxminən 7 milyardı daxili sərmayədir.
Son illər Azərbaycanın dinamik inkişafı reallığa çevrilib. Artıq Dünya birliyi bunu görür, qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları tətbiq edir.
Azərbaycanda manatın məzənnəsi sabitdir. Əhalinin pul gəlirləri 6 ayda 7 faizdən çox artıb, inflyasiya isə cəmi 2 faiz olmuşdur. Ölkəmizdə bu gün orta aylıq əmək haqqı 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. İşsizlik demək olar ki, aradan qaldırılır. Bu göstərici indi 5 faizə yaxındır. İşsizliyin aradan qaldırılması ölkə rəhbərinin 10 il bundan əvvəl qarşıya qoyduğu ən əsas vəzifələrdən biri idi. Bu müddətdə 1 milyon 180 min iş yeri açılmışdır. Bu ilin 6 ayında 55 min iş yeri açılıb və onun 45 mini daimi iş yerləridir.
Regional inkişaf proqramı ölkə miqyasında müvəffəqiyyətlə icra olunur. Cənab Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri hər bir bölgənin, bütövlükdə Azərbaycanın sürətli inkişafına güclü təkan verir. Bunun nəticəsidir ki, bütün rayonlarda çox ciddi inkişaf gedir, quruculuq, abadlıq, tikinti işləri geniş miqyas alır, yeni sənaye istehsal müəssisələri yaradılır.
2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi 2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi
Ötən altı ayın yekunlarını təhlil etdikdə tam aydınlığı ilə görürük ki, rayonun sosial-iqtisadi inkişafında əsaslı dönüş yaranıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllını inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti, abadlıq və quruculuq işlərini əsaslı sürətdə artırmaq barədə verdiyi tapşırıqlara tam məsuliyyətlə yanaşılıb.
Hesabat dövründə rayonda davam etdirilən və icrasına başlanan tikinti, quruculuq, abadlıq işlərini nəzərinizə çatdırmaq istəyirəm.
Əvvəlki illərdən başlanmış “Milli Su təchizatı və Kanalizasiya Xidmətləri Üzrə İkinci Layihə çərçivəsində İsmayıllı şəhərinin su və kanalizasiya sisteminin, İvanovka-Mollaisaqlı avtomobil yolunun, İsmayıllı-Lahıc avtomobil yolunun, Mərkəzi Xəstəxanasının yenidən qurulması, şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün yeraltı qaz xətlərinin dəyişdirilməsi, Basqal qəsəbəsi və ətraf yaşayış məntəqələrinin qazlaşdırılması üçün daşıyıcı qaz xəttinin çəkilməsi, qəzalı vəziyyətdə olan 4 məktəb binasının, Dünya bankının vəsaiti hesabına Lahıc qəsəbəsində və İvanovka kəndində 35 yerlik sahə xəstəxanalarının, Tircan və Topçu kəndlərində həkim məntəqəsi binalarının, Rayon Polis Şöbəsinin inzibati binasının, İsmayıllı Cüdo Mərkəzinin, “Şeraton-İsmayıllı” mehmanxana kompleksinin, İvanovka kəndində çörək zavodunun, Hacıhətəmli kəndində şərab emalı zavodunun, Xəlilli kəndində illik emal gücü 24 min ton olan taxıl terminalının, Sumağallı kəndi ərazisində Göyçay çayı hövzəsində 4 meqavatt gücündə 2 su elektrik stansiyalarının, məcburi köçkünlər üçün 45 yaşayış evindən və müvafiq sosial obyektlərdən ibarət qəsəbənin tikintisi işləri, 3 məktəb və 1 bağça binasının layihələndirmə işləri davam etdirilmişdir.
İlin əvvəlindən hər biri 150 nəfərlik 2 xeyir-şər evinin, 40 və 140 yerlik 2 uşaq bağçasının, Nizami Gəncəvi küçəsində istismar müddətini bitirmiş 16 ikimərtəbəli kommunal yaşayış binalarının köçürülməsi məqsədilə beşmərtəbəli yaşayış binalarının, YAP İsmayıllı rayon təşkilatı üçün inzibati binanın, şəhərlərarası ağtovağzalın tikintisi, şəhərin Mübariz Orucov küçəsində yaşayış evlərinin, təsərrüfat tikililərinin dam örtüklərinin dəyişdirilməsi, piyada səkilərinin və suötürücü arxların yenidən qurulması, darvazaların dəyişdirilməsi, hasarların dekorativ işlənməsi, işıqlandırma sisteminin dəyişdirilməsi, şəhərin elektrik enerjisi təsərrüfatının, Heydər Əliyev prospektində, Nizami Gəncəvi, Rəşid Mahmudov küçələrində piyada səkilərinin və işıqlandırma sisteminin, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Mərkəzləşmiş Kitabxana sisteminin uşaq şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilmiş, tikiş fabrikinin açılması üçün yenidənqurma işlərinə başlanmış və hazırda davam etdirilir.
Hörmətli yığıncaq iştirakçıları!
2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi 2013-cü ilin birinci 6 ayı üçün İsmayıllı RİH başçısı M.Sadıqovun məruzəsi
Hesabat dövründə rayon büdcəsinin gəlir hissəsi 8 milyon 466 min manata qarşı 9 milyon 322 min manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 110 faiz yerinə yetirilmişdir. Yerli mənbələrdən 2 milyon 206 min manata qarşı 2 milyon 353 min manat vəsait daxil olmuş, proqnoz 107 faiz icra olunmuşdur
Altı ayda əsas kapitala investisiya qoyuluşu 18 milyon 714 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur.
1 milyon 752 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövründən 14,8 dəfə çoxdur.
6 ay ərzində 58 milyon 22 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 10 milyon 475 min manat artıqdır. Artım tikinti, nəqliyyat, rabitə və ticarət sektorlarının hesabına əldə olunmuşdur.
Sənaye məhsulları istehsalında durğunluq birinci yarım illikdə davam etmişdir. Bu müddətdə cəmi 1 milyon 748 min manat dəyərində məhsul istehsal olunmuşdur. Hazırda rayonda sənayenin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilir. İsmayıllı şəhərində Bakı Tikiş Evinin filialının yaradılması, İvanovka kəndində çörək zavodunun istismara buraxılması, Kürdmaşı kəndində “Şərab-1” zavodunda bərpa işləri başa çatdırılması deməyə əsas verir ki, sənaye sahəsində yaranmış durğunluğa yaxın vaxtlarda son qoyulacaqdır.
Birinci yarım illikdə əhaliyə 9 milyon 87 min manat dəyərində və ya əvvəlki illə müqayisədə 1 milyon 663 min manat dəyərində pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 16,8 faiz artmış, 48 milyon 416 min manata çatdırılmışdır.
6 ay ərzində elektrik təsərrüfatının yenidən qurulmasına başlanmışdır. Şəhərin Heydər Əliyev prospektində, Cavanşir, Babək, M.Orucov, M.Ə.Sabir, S.Vurğun, Ü.Hacıbəyov və Ə.Ələkbərzadə küçələrində şəbəkə yenidən qurulmuş, 330 ədəd yeni dəmir-beton dayaq basdırılmış, 11,4 km yeni SİP kabel xətti çəkilmiş, 325 ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında cari təmir işləri aparılmış, müxtəlif ərazilərdə 10 kilovoltluq hava xətlərində 114 ədəd, 0,4 kilovoltluq hava xətlərində 79 ədəd dayaq dəyişdirilmişdir. 35 ədəd transformator əsaslı təmir olunmuşdur. 6 ayda stehlakçılara 23 milyon 850 min kilovat-saat elektrik enerjisi verilmişdir. Satılan enerjinin dəyəri 1 milyon 431 min manat təşkil edir. Bu da cəmi 88,6 faizi yığılmışdır. Birinci rüblə müqayisədə yığım 3,1 faiz artsa da, bu vəziyyətlə barışmaq olmaz. Ona görə də satılan enerjinin dəyərinin tam yığılması üçün Rayon Elektrik şəbəkəsi fəaliyyətini yaxşılaşdırmalıdır.
6 ayda İsmayıllı şəhərinin və digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilmişdir. Qaz İstismar sahəsi 11494 abonentə xidmət göstərir. Abonentlərin 11404-ü əhali, 90-nı dövlət, özəl idarə və təşkilatdır. Hesabat dövründə abonentlərə 13,5 milyon kubmetr təbii qaz yanacağı verilmiş, satılmış qazın dəyərinin 100,5 faiz ödənilməsi təmin olunmuşdur. 6 ayda 33 min 428 poqon metr müxtəlif ölçülü qaz xətləri dəyişdirilərək yerin səthinə çıxarılmışdır. İsmayıllı-Buynuz daşıyıcı qaz xəttinə qədər 1 saylı Qazpaylayıcı stansiyadan diametri 200 mm olan polietilen borularla 7905 poqon-metr daşıyıcı qaz xəttinin tikintisi başa çatdırılmışdır. 5 saylı stansiyadan Tircan istiqamətinə diametri 315 mm olan polietilen borularla 13500 poqon-metr yeraltı daşıyıcı qaz xətti çəkilmişdir. Rayon ərazisində 2074 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 209 abonent üçün yeni məişət qaz sayğacı quraşdırılmışdır. Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, rayonda qaz yanacağı ilə təchiz olunmayan yaşayış məntəqələri hələ də çoxdur. Kənd yaşayış məntəqələrinin qazlaşmasını sürətləndirmək məqsədilə əsaslı tədbirlər həyata keçirilməlidir.
İsmayıllı “Sukanal” İdarəsi tərəfindən su və kanalizasiya xətlərində cari təmir işləri aparılmış, baş vermiş qəzalar aradan qaldırılmışdır. Lakin əhalinin su təchizatında yaranmış mövcud vəziyyət qənaətbəxş deyildir. Köhnə xətlər istismara yararsız vəziyyətə düşdüyü üçün son vaxtlar əhalinin su ilə təchizatında çətinliklər yaranır. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisi işləri ilə əlaqədar “Kolin İnşaat” A.Ş şirkəti tərəfindən 128 kilometr kanalizasiya və 164 kilometr uzunluğunda su xətti çəkilmişdir.
Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Keyvəndi, Kürdeldarbəyli kəndlərində yeni artezian quyuları qazılmış, Diyallı kəndində artezian quyusu bərpa edilmiş, Çərmədil kəndinin artezian quyusu təmir edilərək saz hala salınmışdır.
Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı müəyyən işlər görmüşdür. Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 312 min kvadratmetr sahəsi olan küçə və meydanlara, 22,5 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kombinat tərəfindən göstərilən xidmətlərin həcmi 4 min manat artmış, əhaliyə 209 min manat dəyərində xidmət göstərilmişdir.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, şəhərdə təmizlik tələb olunan səviyyədə deyildir. Bu sahədə şəhərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar müəyyən obyektiv səbəblərin təsiri olsa da, bəzi hallarda laqeydlik halları da özünü büruzə verir. Şəhərin təmizliyi həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə uzlaşmalıdır.
İsmayıllı Poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara geniş çeşidli poçt və maliyyə xidməti göstərir. Xidmətlərin çeşidinə məktubların, bağlamaların, kiçik paketlərin, teleqramların, pul baratlarının qəbulu və çatdırılması, maliyyə xidmətləri, fiziki və hüquqi şəxslərə elektron imza xidmətləri, daşınmaz əmlakın sığortası və digər xidmət növləri daxildir. 2013-cü ilin 6 ayında poçt xidmətlərinin kəmiyyət və keyfiyyət göstəricilərin keçən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olmuş, nəzərdə tutulmuş 73,3 min manata qarşı 90,9 min manat gəlir əldə edilmişdir. Lakin poçt xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra problemlər qalmaqdadır. Poçt Filialının Qalacıq, Qalagah, Tircan, Diyallı, Aşıqbayramlı, Ruşan, Sumağallı, Mollaisaqlı, Keyvəndi, Kəlbənd şöbələrinin binaları olmadığı üçün kənar şəxs və təşkilatların binalarında fəaliyyət göstərir. Maliyyə xidmətləri göstərmək üçün 12 poçt şöbəsinə icazə verildiyi halda, elektron sistem tam qurulub başa çatdırılmadığı üçün Tircan, Təzəkənd, Qubaxəlilli, Topçu, Qalınçaq və Talıstan poçt şöbələri qeyd olunan xidmətləri həyata keçirə bilmir. İsmayıllı Telekommunikasiya Qovşağı birinci yarım illikdə 342 min manat gəlir əldə etmiş, 99 mənzilə yeni telefon çəkmiş, 22 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. İndiki halda şəhər ərazisində 605, kəndlərdə isə 1314 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır. Keçən ildən başlayaraq elektron ATS-lərin birləşdirici xətlərinin yeni fibro-optik kabellərlə əvəz olunması davam etdirilmişdir. Hazırda Quşencə, Qalınçaq, Ruşan, Göytəpə, Talıstan, Diyallı, Təzəkənd, Cülyan, Qoşakənd, Tircan, Keyvəndi və Basqal elektron ATS-lərə 72 kilometrlik birləşdirici xətlər yeni fibro-optik kabellərlə əvəz olunmuşdur. Bu kəndlərin telefon abonentləri sürətli internetə çıxış əldə etmişlər. Hazırda geniş zolaqlı internet istifadəçilərinin sayı 1800 nəfərdir. Qovşaq rabitə sahəsində müasir avadanlıqların quraşdırılması, bütün kəndlərdə fasiləsiz rabitənin təmin olunması, internetə çıxışın kəmiyyət və keyfiyyətcə yüksəldilməsi və müasir tələblər səviyyəsinə çatdırılması üçün tədbirləri davam etdirməlidir.
Artıq neçə illər idi ki, islahatlarla əlaqədar olaraq “İsmayıllı-Avtonəqliyyat” ATSC demək olar ki, fəaliyyəti iflic vəziyyətdə idi. İdarənin balansında olan 10 yük maşını və 2 avtobusdan yalnız istismara yararlı olan 5 yük maşını və 2 avtobus icarəyə verilmişdi. Sərnişinlərə göstərilən nəqliyyat xidməti diqqətdən kənarda qalmışdı. 4 mart 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdaxili marşrutlarda sərnişin daşımaq üçün müəssisəyə 5 ədəd İSUZU markalı avtobus verildi. Əhaliyə göstərilən avtobus və taksi xidmətinin keyfiyyətini yüksəltmək üçün zəruri tədbirlərlə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının Sərəncamları imzalandı. İstifadəyə yararsız, texniki vəziyyəti və xarici görünüşü xidmət göstərmək üçün qənaətbəxş olmayan fiziki şəxslərin mülkiyyətindəki minik maşınlarının rayon ərazisində taksi kimi istifadədən çıxarılmasına dair qərar qəbul edilmişdir. Hazırda marşrutlarda müasir tipli dayanacaqların quraşdırılması və yeni avtovağzal binasının yaxın vaxtlarda istifadəyə verilməsi sayəsində sərnişinlərə göstəriləcək nəqliyyat xidmətinin səviyyəsi daha da yüksələcəkdir. Həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə “İsmayıllı-Avtonəqliyyat” ATSC-də sərnişin daşınmasından əldə olunan gəlir 2,5 dəfə artmışdır.
Mənzil İstismar Sahəsinin xidmətində 4500 nəfərdən çox əhali yaşayan 978 mənzil vardır. Mənzillərin 848-i çoxmərtəbəli kommunal yaşayış evlərində yerləşir. 6 ayda sakinlərə göstərilən mənzil-kommunal xidmətinin səviyyəsi qənaətbəxş olmuşdur. Kommunal binaların dam örtüyünün dəyişdirilməsi və fasadların əsaslı və cari təmir işləri davam etdirilmişdir. M.F.Axundov küçəsindəki 15 və 17 saylı 16 mənzilli, 3 və 9 saylı beş mərtəbəli binalarda, Cavanşir küçəsində yerləşən 21 ”A” və 21 ”B” saylı yaşayış binalarında dam örtükləri müasir üslubda yenisi ilə əvəz olunmuş, bəzi binaların fasadı əsaslı surətdə, müasir memarlıq tələbləri səviyyəsində yenidən qurulmuşdur.
Mənzil İstismar Sahəsinin maliyyə vəziyyətinin təhlili göstərir ki, vəziyyət qənaətbəxş deyildir. Xidmət tariflərinin aşağı olması təşkilatın gəlirlə işləməsinə imkan vermir. 6 ayda təşkilat 11,4 min manat ziyanla işləmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmişdir. Birinci yarım illikdə 651 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Hazırda 1517 ailənin 6683 nəfər üzvünə ünvanlı sosial yardım ödənilir. Adambaşına ödənilən orta aylıq məbləğ 28 manat olmuşdur
DSMF İsmayıllı Rayon Şöbəsindən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə 13576 nəfər vətəndaş pensiya alır. 6 ayda pensiyaların ödənilməsinə 11 milyon 362 min manat, digər müavinətlərin ödənilməsinə isə 193 min 900 manat vəsait sərf olunmuşdur. Maliyyələşdirilmə üçün Respublika Fondundan 9 milyon 872 min manat vəsait köçürülmüşdür. Bu da ödənilmiş pensiya və müavinət məbləğinin 85,4 faizini təşkil edir. Ödənişin qalan 14,6 faizi yerli daxilolmalar hesabına reallaşdırılmışdır. Pensiya və müavinətlər vaxtında ödənilmiş, rübün sonuna qalıq qalmamışdır. 6 ay ərzində təşkilatda əlavə olaraq 18 hüquqi, 324 fiziki şəxs və 924 torpaq pay mülkiyyətçisi sığorta olunan kimi yeni uçot qeydiyyatına alınmışdır. Müvafiq olaraq sığorta olunanların sayı hüquqi şəxslərdə 538 nəfərə, fiziki şəxslərdə 2168 nəfərə və torpaq pay mülkiyyətçilərində 8262 nəfərə çatdırılmışdır.
Rayon Məşğulluq Mərkəzi tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz vətəndaşların işlə təmin olunması sahəsində səmərəli tədbirlər həyata keçirmişdir. Hesabat dövründə 665 nəfər vətəndaş iş axtaran kimi Mərkəzə müraciət etmişdir. Onlardan 482 nəfəri işlə təmin edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 250 nəfər çoxdur. 15 nəfərə işsizlik statusu verilmiş və onlara müvafiq müavinət təyin edilmişdir.
01 iyul 2013-cü il tarixə Mərkəzdə 444 nəfər işsiz statusu olan vətəndaş rəsmi qeydiyyatdadır. Onların 271 nəfəri ali, 173 nəfəri orta ixtisas təhsilli mütəxəssislərdir. Bu rəqəmlər bir daha onu göstərir ki, rayonda işaxtaran və işsiz vətəndaşlar hələ də çoxdur və Rayon Məşğulluq Mərkəzi fəaliyyətini daha da yaxşılaşdırmalıdır. Bunun üçün Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha sıx işgüzar əlaqələr qurması vacibdir.
Altı ayda rayonda 1003 yeni iş yeri yaradılmışıdır. Bunun da 643-ü daimi iş yerləridir. İş axtaran vətəndaşları işlə təmin etmək üçün idarə və təşkilatlar müntəzəm olaraq boş iş yerləri haqqında məlumatları Məşğulluq Mərkəzinə təqdim etməlidirlər.
Rayonun sosial-iqtisadi inkişafını istiqamətləndirmək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənmək, eyni zamanda əhalinin sosial müdafiəsi sahəsində tədbirlər həyata keçirmək məqsədilə istehsal və sosial infrastrukturun maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlığın inkişafına müvafiq köməklik göstərilir. 1 mart 2013-cü il tarixdə rayon İcra Hakimiyyətində sahibkarlarla görüş zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olanların fəaliyyətini əlaqələndirmək məqsədilə 8 nəfərdən ibarət Sahibkarlar İttifaqı yaradılmışdır.
Rayonun sosial-iqtisadi inkişafında və əhalinin gündəlik həyatında kredit resursları mühüm rol oynadığı üçün rayonda fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları ilə işgüzar əlaqələr qurulur. Rayonda hazırda bir bank şöbəsi, 7 bank filialı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 6 ayda müştərilərə 9 milyon manatdan çox kredit verilmişdir. Sahibkarlara kömək Milli Fondunun xətti ilə “Muğan Bank” İsmayıllı rayon filialının verdiyi kreditin 379 min manatı güzəştli şərtlərlə, kənd təsərrüfatının inkişafı üçün 6 faizlə verilmişdir. Digər kreditlərin faizi hələ də çox yüksəkdir. Təhlil nəticəsində aydın olur ki, götürülən kreditlərin çox az hissəsi istehsal və ya xidmət sahələrinin yaradılması, 70 faizdən çoxu gündəlik istehlak məqsədləri üçün sərf olunur. Qaytarma faizinin yüksək olması aztəminatlı ailələrin həyat səviyyəsinin daha da aşağı düşməsinə gətirib çıxara və kredit təşkilatları kreditin qaytarılma faizinin aşağı salınması üzərində düşünməli, fəaliyyətlərini müştərilərin maraqları ilə uzlaşdırmalıdırlar.
Hörmətli yığıncaq iştirakçıları!
Qeyd etməyi vacib bilirəm ki, həyata keçiriləcək bütün layihələrin, müəyyən edilmiş sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi, tikinti, quruculuq işlərinin görülməsi üçün ilk növbədə ideoloji-siyasi əsas yaratmağa üstünlük verilmişdir. Ümumilikdə isə, ideoloji-siyasi işin, mənəvi tərbiyənin, təhsilin, mədəniyyətin və səhiyyənin inkişafının təmin edilməsində ümummilli lideri Heydər Əliyevin irsinə, nümunəsinə xüsusi diqqətlə yanaşılmış, 90 illik yubileyi ilə əlaqədar rəngarəng, elmi, siyasi, bədii dəyərli tədbirlər həyata keçirilmişdir. Ulu öndərin İsmayıllıya səfərlərinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər” adlı kitab nəşr etdirilmiş, kitabın geniş miqyaslı təqdimatı keçirilmişdir. Mart ayının 5-də mərkəzi meydanda Azərbaycan Televiziyası ilə birgə “Böyük yolun astanasında” devizi ilə, may ayının 5-də “Gənclər mərkəzi”ndə Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımovun və Fərqanə Qasımovanın iştirakı ilə ümummilli liderin 90 illiyinə həsr edilmiş konsert olmuşdur. “Heydər Əliyev idarəetmə məktəbi” yaradılmış və məktəbin müdavimləri məşğələlərdə maraqlı mövzularda çıxışlar dinləmişlər. Rayonun gələcək inkişafı baxımından rayon icra hakimiyyətinin Azərbaycan Milli Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə keçirdiyi “İsmayıllı rayonunun resurs potensialı və inkişafın investisiya prioritetləri” mövzusunda 90 illik yubileyə həsr edilmiş konfrans çox əhəmiyyətli olmuşdur.
Rayonda olan geriliyin aradan qaldırılması və hərtərəfli inkişafın təmin edilməsi məqsədilə müxtəlif mövzulu görüşlər, seminarlar, toplantılar keçirilmiş, mövcud durum təhlil olunmuş, müxtəlif sahələr üzrə fəaliyyət proqramları işlənib hazırlanmışdır. Bunlar qüvvələrin bir araya gəlməsinə və bir istiqamətə yönəlməsinə imkan vermişdir. Mart ayının 16-da Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən ziyalılar və iş adamları ilə görüş keçirilmişdir. Burada məktəblərin, səhiyyə və mədəniyyət müəssisələrinin, küçələrin, yolların vəziyyətini əks etdirən videofilm nümayiş etdirilmiş, qonaqların rəyi və təklifləri dinlənilmişdir. Növbəti görüş zamanı iştirakçılar yeni layihələrlə tanış edilmişlər. Ötən 6 ay insanlara dəyər vermək baxımından müvəffəqiyyətli dövr hesab edilməlidir. Vaxtilə dövlət qulluğunda çalışmış, ictimai fəallığı ilə seçilmiş insanlar bir araya gətirilmiş, yeni proqramların, layihələrin icrasına cəlb olunmuşlar. Ağsaqqallarla, müxtəlif kateqoriyalı veteranlarla, gənclərlə, ziyalılarla, qeyri-hökumət təşkilatlarının, həmkarlar təşkilatlarının nümayəndələri, müəllimlər, təhsil işçiləri ilə səmərəli və səmimi görüşlər keçirilmişdir. Çalışmışıq ki, rasional təkliflər qəbul olunsun və işdə tətbiq edilsin. Yerlərdə keçirilən çoxsaylı görüş-qəbullar da bu istiqamətdə aparılmışdır.
Təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışarkən ilk növbədə onu qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyevin razılığı ilə rayonda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmışdır. Buraya 11 ixtisas üzrə bu tədris ilindən qəbul aparılacaqdır. Ziyalı mühitinin formalaşmasında, fasiləsiz təhsilin təşkilində kollec bundan sonra çox böyük əhəmiyyət daşıyacaqdır.
Elmi tutumlu sahələrin inkişafına yetirilən diqqət də öz müsbət nəticələrini verməkdədir. “KÜR Elektron Avadanlıqları İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin İsmayıllı texniki servis mərkəzi açılmışdır. İnformasiya texnologiyaları ilə zəif təchiz olunan məktəblərə, fəal gənclərə çoxsaylı kompüterlər verilmişdir. İlin başlanğıc aylarında məktəblərin maddi bazasının, təchizatının, onlarda formalaşmış mühitin monitorinqi keçirilmiş, hər bir təhsil müəssisəsinin nəticələrinə uyğun tədbirlər müəyyənləşdirilmişdir. Aydın olmuşdur ki, rayondakı 6000 nəfərə qədər bağça yaşlı uşağın yalnız 350 nəfəri uşaq bağçalarına cəlb edilmişdir. Vəziyyəti normal hala gətirmək üçün şəhərin müxtəlif ərazilərində 140 və 40 yerlik uşaq bağçası tikilir.
Müvəffəq işlərdən biri kimi onu hesab etmək olar ki, “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsində rayonumuzun məktəbləri bir qayda olaraq fəal iştirak edir, yüksək nəticələrə çatırlar. Bu ilki müsabiqədə 4 orta məktəb və 8 müəllim iştirak edib. Nəticələrin də yüksək olacağı gözlənilir. Şagirdlər hərbi idman oyunlarında, müxtəlif müsabiqələrdə, olimpiadalarda, yarışlarda uğurla çıxış edib, mükafatlara layiq yerlər tutublar.
Çox sevindirici hal odur ki, bu ilki imtahanlarda ilk dəfə olaraq 690-dan artıq bal toplayan abituriyentimiz vardır.
Təzəkənd kənd tam orta məktəbinin müəllimlərinə təşəkkür edirəm ki, onların yetirmələri bu il rayona 3 qızıl medal gətiriblər. Lahıc qəsəbə tam orta məktəbinin bir məzunu da qızıl medala layiq görülüb.
Onu qeyd etmək istəyirəm ki, ölkədə olduğu kimi, İsmayıllıda da təhsilə strateji sahə kimi baxılır. Qabaqcıl müəllimlərin, uğur qazanan şagirdlərin əməyi müxtəlif forma və məzmunda qiymətləndirilir. Müəllimlərdə öyrətməyə, şagirdlərdə öyrənməyə daha çox stimul yaradılır. Davamlı təhsilə maraq artır. Bu il tam orta məktəblərimizi 973 nəfər bitirmiş və məzunların 70 faizi ali məktəblərə qəbul üçün sənəd vermişdir. Cənab Prezidentin qayğısının təzahürü olaraq abituriyentlər Göyçay şəhərinə mütəşəkkil qaydada xüsusi avtobuslarla yola salınır.
Təhsil sahəsində olan problemləri də nəzərinizə çatdırmaq istərdim. Şəhər ərazisindəki 6 saylı məktəb təmirsiz vəziyyətdədir, 4 saylı məktəb taxta barakda yerləşir, şagird kontingenti bəzi ümumi orta məktəblərdən çox olan Sədiyan ibtidai məktəbi uçuq-sökük fərdi evdə fəaliyyət göstərir, bir neçə qəzalı məktəbimiz var. Rayon təhsil şöbəsinin diqqətində qalmalıdır ki, bir neçə məktəb direktoru artıq öz vəzifəsini icra edə bilmir, məktəblərə yeni düşüncəli kadrlar gəlməlidirlər.
Rayon İcra Hakimiyyəti veteran müəllimlərin də əməyini, fəaliyyətini diqqətdə saxlayır. Basqal kənd tam orta məktəbinin sabiq müəllimi, yazıçı-publisist Miryavər Hüseynovun 80 illik yubileyi respublika miqyaslı səviyyədə keçirilmişdir.
Hörmətli yığıncaq iştirakçıları, ənənəvi olaraq mədəniyyət və turizm şöbəsinin nəzdində neçə klub, mədəniyyət evi, kitabxana olduğunu demək fikrində deyiləm. onu qeyd etmək istəyirəm ki, mövcud vəziyyət icra hakimiyyətini razı salmır. Nümunəvi bir mədəniyyət obyektimiz yoxdur. Deyərdim ki, uzun illər bu sahə diqqətdən kənarda qalıb. Təbii ki, belə halla razılaşmaq olmazdı. İndi rayon mədəniyyət mərkəzində, uşaq kitabxanasında müasir memarlıq və dizayn üslubunda əsaslı təmir aparılır. Bunlar başlanğıcdır. Daha çox işlər isə qarşıdadır.
Rayon Uşaq İncəsənət Məktəbinin indiki vəziyyəti burada yeni tədris ilinin başlanğıcını şübhə altına alır.
Kitabxana sisteminə yeni kitablar alınması üçün çox az vəsait ayrılması təəssüf doğurur. Kitabxana və klub sistemində aparılan islahatları da uğurlu hesab etmək olmaz.
Rayon icra hakimiyyəti “Hər bir kəndə kitabxana” təklif-layihəsini hazırlayıb Azərbaycan Respublikasının Baş Nazirinə göndərilmişdir. Təklif bəyənilmiş, icrası Mədəniyyət və Turizm Nazirliyinə və rayon icra hakimiyyətinə tapşırılmışdır. Bu layihəni genişləndirib “Hər kəndə kitabxana, tibb məntəqəsi və məktəb” layihəsinə çevirdik. Aid məsul şəxslərin, maliyyə qurumları nümayəndələrinin iştirakı ilə müzakirə etdik. İşin təşkili yollarını müəyyənləşdirdik. Mədəniyyət və turizm şöbəsi artıq 4 belə kitabxana yaratmışdır. Rayon təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası, bələdiyyələr bu layihələrin həyata keçirilməsində israrlı olmalıdırlar.
Rayonda səhiyyə müəssisələrinin tikintisi davam etdirilmişdir. Mərkəzi xəstəxananın əsaslı təmiri ilə əlaqədar bu müəssisə köhnə uşaq xəstəxanasının binasına sığınıb. Burada da normal şərait yoxdur. Təmir hələ ki ləngiyir. Düzdür, 2 yerdə xəstəxana, 2 yerdə həkim məntəqəsi tikilir. Lakin hələ də 6 tibb məntəqəsi xüsusi evdə yerləşir. Qalınçaq, Təzəkənd, Kürdmaşı və Basqal tibb məntəqələrinin binaları yararsız vəziyyətdədir. 20 nəfərə qədər müxtəlif profilli həkim çatışmır. Yerli təşkilatlar və tam orta məktəblər ehtiyaca uyğun kadr hazırlığına diqqət yetirmirlər.
Bu günlərdə mərkəzi xəstəxanada ana və uşaq ölümü qeydə alınmışdır. Mərkəzi xəstəxananın rəhbərliyi və bütün tibb personalı bu faktı həyəcan siqnalı kimi qəbul etməli, insan həyatı üçün cavabdeh olduqlarını yaddan çıxarmamalıdırlar.
Hesabat dövründə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə gənclərlə işə diqqət artırılmışdır. Gənclərlə görüşlər keçirilmiş, onların təklifləri, rayonun inkişafı ilə bağlı arzuları dinlənilmişdir. Rəhbərlik gəncləri, onlar da rəhbərliyi tanıyıblar. İdmançılarla keçirdiyimiz görüşlər, onların uğurlarının stimullaşdırılması rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
Qarşıda duran ən vacib problem gənclərin tərbiyəlilik səviyyəsinin yüksəldilməsi, zərərli vərdişlərə meyllərinin qarşısının alınması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. Lakin rayon Gənclər və İdman İdarəsi ilə təşkilatlar arasında əlaqələndirmə qaneedici deyildir. Xüsusilə gənclərin yerli və dövlət idarəetməsində iştirakı nəzərə çarpmır.
Rayonumuz tarixən kənd təsərrüfatı rayonu kimi tanınıb və bu sahədə diqqətə layiq nailiyyətlər qazanıb. Rayonun aqrar iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir.
Rayonda 2013-cü ilin birinci yarsında iri buynuzlu mal-qaranın baş sayı 51116 başa, o cümlədən inək və camışların baş sayı 23618 başa, qoyun-keçilərin baş sayı 177564 başa çatdırılmışdır. Bütün bu göstəricilər əvvəlki illə müqayisədə çoxdur.
Heyvandarlıq məhsulları istehsalında da ötən illə müqayisədə artım müşahidə olunmuşdur. Diri çəkidə ət istehsalı əvvəlki illərə nisbətən 80 ton, yumurta istehsalı 808 min ədəd, yun istehsalı isə 2 ton artmışdır. İsmayıllı “Quşçuluq” ASC hesabat dövründə quş əti istehsalını diri çəkidə 134 tona, damazlıq yumurta istehsalını isə 1 milyon ədədə çatdırmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur.
Daha çox iqtisadi gəlir gətirən və əmək tutumlu sahə olan üzümçülüyün inkişaf etdirilməsi də diqqət mərkəzində olmuşdur. 2003-cü ildə rayonda 346 hektar üzüm bağı olmuşdursa, ötən dövr ərzində üzüm bağlarının sahəsi artırılaraq 859 hektara çatdırılmışdır.
2012-ci ilin payızında 2013-cü ilin məhsulu üçün rayonda 29832 hektar payızlıq-yazlıq dənli-taxıl bitkilərinin səpini aparılmışdır ki, bunun da 22991 hektarı buğda, 5647 hektarı arpa, 1194 hektarı isə paxlalı bitkilərin əkinlərindən ibarət olmuşdur.
Artıq 28620 hektar sahənin taxılı biçilmiş, məhsul istehsalı 77560 ton olmuşdur ki, bu da keçən illə müqayisədə 10 min ton artıqdır. Hər hektardan götürülən məhsul isə keçən illə müqayisədə 4,0 sentner artırılaraq 27,1 sentnerə çatdırılmışdır. Biçin davam edir. Taxıl zəmilərindən 80 min tona yaxın məhsul gözlənilir.
Cari ilin ötən dövründə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 hektar sahədə meşə bərpa işləri aparılmışdır ki, bunun da 28 hektarı meşə əkini və 12 hektarı isə meşə səpinindən ibarətdir.
İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən payız-yaz mövsümündə 120 min ədəd, o cümlədən cari ilin yaz mövsümündə müxtəlif cinslərdən olan 67 min ədəd ağac müəssisənin əhatə etdiyi meşə dolaylarında əkilmişdir.
Müəssisənin əhatə etdiyi meşə sahələrində qanunsuz qırıntıların və digər meşə qanunvericiliyinin pozulması halları minimuma endirilmişdir.
2013-cü ilin Epizootiya əleyhinə müalicə-profilaktika tədbirləri planına uyğun olaraq rayon ərazisində iri buynuzlu və xırda buynuzlu heyvanlar və quşlar arasında profilaktiki, seroloji və diaqnostiki müayinələr aparılmışdır.
Rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, sualtı torpaqlarda kənd təsərrüfatı bitkilərinin suvarılması, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və bölüşdürülməsi diqqət mərkəzində saxlanmışdır. Rayonda üç Sudan İstifadə Edənlər Birliyi fəaliyyət göstərməklə 8850 hektar əkin sahəsi mütəmadi olaraq suvarılır. Suvarılan torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar İsmayıllı şəhər (keçmiş Mican) və Qalınçaq ərazilərində 800 hektar sahədə kompleks tədbirlərin aparılması işləri davam etdirilmişdir.
Rayonun ekoloji mühitinin daha da sağlamlaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində də müəyyən işlər görülmüşdür. Şəhər daxilində, İsmayıllı-Muğanlı avtomobil yolunun 1-20 km-də və icra nümayəndəliklərinin ərazilərində 10 minə yaxın müxtəlif cinslərdən olan ağaclar əkilmiş, əkilmiş ağacların ətrafı tikanlı məftillərlə hasarlanmış, qulluq edilməsi və mühafizəsi müvafiq idarə və müəssisələrə həvalə edilmişdir.
Fəaliyyət istiqamətimizin əsasını təşkil edən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı baxımıdan müəyyən işlər görülmüşdür. Mart ayında 6 gün ərzində şəhərin müxtəlif ərazilərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmiş, əhaliyə bazar qiymətlərindən 20-25 faiz aşağı qiymətlərlə müxtəlif kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilmişdir.
Rayonun iri təsərrüfatlarından olan Nikitin adına kolxozda və Qubaxəlilli kəndində aqroparkların yaradılması məqsədilə Belarus Respublikasının təcrübəsinə əsaslanaraq müvafiq layihələrin hazırlanması davam etdirilir.
“2009-2013-cü illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar son illərdə rayonumuzda bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ildə Kürdmaşı kəndində “İsmayıllı Şərab-1” ASC-nin şərab zavodu yenidən qurularaq istehsala başlamışdır. Müəssisədə 34 nəfər işlə təmin edilmişdir.
Keyvəndi kəndində 1000 başlıq iri heyvandarlıq kompleksinin tikintisinə başlanmışdır. Kompleksdə tikinti işləri davam etdirilir. Buraya Hollandiyadan yüksək məhsuldar mal-qara gətiriləcəkdir. Ölkəmizdə aqrar sahənin inkişafına yönəlmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində rayonumuzda da tədbirlər həyata keçirilməkdədir. Kürdmaşı kəndi ərazisində “AKAqrup” şirkəti tərəfindən iri taxılçılıq təsərrüfatı yaradılması istqamətində işlər davam etdirilir. Burada taxılçılıqla bərabər yemçilik, istixana, heyvandarlıq sahələri yaradılması üçün müvafiq layihələr həyata keçirilir.
Kənd təsərrüfatının kreditləşməsinə aid təşkilatlar tərəfindən indi daha çox məsuliyyətlə yanaşılır. 12 aprel 2013-cü il tarixində Diyallı kəndində Sahibkarlığa Kömək Milli

Şərh Yaz