Mədəniyyət və turizm işçilərinin toplantısı

Mədəniyyət və turizm işçilərinin toplantısı
26 iyul 2013-cü il tarixdə Heydər Əliyev mərkəzində mədəniyyət və turizm işçilərinin toplantısı keçirilib. Mədəniyyət və turizm işçilərinin toplantısı
26 iyul 2013-cü il tarixdə Heydər Əliyev mərkəzində mədəniyyət və turizm işçilərinin toplantısı keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq qeyd edib ki, İsmayıllının qədim tarixi, etnoqrafiyası, xalq yaradıcılığı, xalq sənətkarlığı, etnik və milli zənginliyi ilə beynəlxalq folklorlar və xalq sənətkarlığı festivalı keçirməyə imkan verir. Festivala hazırlıq prosesində bir neçə mərhələdə xalq sənətkarlığı nümunələrinin sərgi-satışı təşkil olunmalıdır.
Çox təəssüf
Mədəniyyət və turizm işçilərinin toplantısı
Mirdaməd müəllim daha sonra bildirib ki, mədəniyyət obyektlərinin çoxu mədəni-kütləvi tədbirlər üçün yararlı vəziyyətdə deyildir.
Şöbənin müdiri Azər Abbasov rəhbərlik etdiyi sahənin fəaliyyəti barədə məlumat verib. Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova toplaşanlardan işin yaxşılaşdırılması, folklor və xalq sənətkarlığı beynəlxalq festivalının keçirilməsi ilə əlaqədar təkliflərin irəli sürülməsinin vacibliyini vurğulayıb. Lahıcı təmsil edən Nəzər Əliyev və Dadaş Əliyev daha səmərəli və düşünülmüş təkliflər veriblər.
Yekunda qərara alınıb ki, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyət və turizmin inkişafı, festivala hazırlıqla əlaqədar konsepsiya xarakterli tədbirlər hazırlansın və onun icrasını təmin etmək üçün təşkilat komitəsi yaradılsın.
“İsmayıllı xəbərləri”

Şərh Yaz