Xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdır

Xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdır

Xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdır
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov iyulun 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Rayonun Telekommunikasiya Qovşağında baş tutan tədbirdə Göyçay və Şamaxı rayonları ilə birbaşa bağlantı yaradılıb. Tədbir iştirakçılarını salamlayan nazir onun əhəmiyyəti və keçirilmə məqsədi barədə qısa açıqlama verib.

Xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdırXidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdır
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, attestat və qəbul imtahanlarında ən yüksək nəticələri göstərən 14 şagird ilə birlikdə qəbulda iştirak edib. R.Orucov həmin şagirdləri nazirə təqdim edib. Şagirdlər dövlətin təhsilə qayğısından razılıq edib, dövlət siyasətini uğurla həyata keçirən vəzifə sahiblərinə minnətdarlıqlarını bildiriblər. Nazir şagirdlərə prezidentin təbrikini çatdırıb. Onlara ölkə rəhbərliyi adından noutbuklar təqdim edib. Rayon Təhsil Şöbəsinin müdiri İsmayıllıda kompyuter istehsalı müəssisəsi açılmasının bölgəmiz, xüsusilə də gənclər üçün əhəmiyyətli olacağı barədə danışıb.
Hüseynağa Kamilzadə Lahıcın tarixi yer olmasını diqqətə çatdırıb. Hər gün buraya yüzlərlə turistin gəldiyini söyləyib. O, gələn qonaqların internetdən istifadə məsələsində olan çatışmazlıqların aradan qaldırılmamasından şikayətlənib. Qəsəbədə internet şəbəkəsinin olduqca zəif olmasını vurğulayıb.
Nazir qəbul zamanı İsmayıllı ilə yanaşı Göyçay, Ağsu və Şamaxı rayonlarından gələn 20-yə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Müraciətlər əsasən internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub. Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb.
Görüşdən sonra nazir Əli Abbasov jurnalistlərə bildirib ki, şəhərlərdə olduğu kimi, kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Ə.Abbasov nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərin də qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılacağını bildirib.
Çinarə Bəhərçinli

Şərh Yaz