Bələdiyyə üzvlərinin vəzifə borcu

Bələdiyyə üzvlərinin vəzifə borcu
İyul ayının 26-da RİH başçısı Mirdaməd Sadıqov Heydər Əliyev Mərkəzinin konfrans zalında İsmayıllı bələdiyyəsinin üzvləri və qulluqçularını qəbul edib.Bələdiyyə üzvlərinin vəzifə borcu
İyul ayının 26-da RİH başçısı Mirdaməd Sadıqov Heydər Əliyev Mərkəzinin konfrans zalında İsmayıllı bələdiyyəsinin üzvləri və qulluqçularını qəbul edib.

Bələdiyyə üzvlərinin vəzifə borcuBələdiyyənin şəhər həyatında rolu və mövqeyi ilə maraqlanan başçı yerli özünüidarə orqanının qarşısında duran başlıca vəzifələrdən danışıb.
Bələdiyyənin sədri Fəqan Məmmədov 2013-cü ilin birinci yarısında bələdiyyənin iş planına daxil olunan, icrası başa çatdırılan işlər barədə məlumat verib. Sədr ötən ilin eyni vaxtı ilə müqaisədə toplanan torpaq və əmlak vergisində az da olsa artım olduğunu bildirib. Bu artımın Mican, Qəzli və İsmayıllı kəndlərinin şəhər ərazisinə daxil edilməsi səbəbindən əmələ gəldiyi açıqlanıb. F.Məmmədov açıqlamasında gorülmüş işlərlə yanaşı qarşıda duran vəzifələrə də yer ayırıb.
Başçı İsmayıllı şəhərində gedən quruculuq işləri fonunda bələdiyyə tərəfindən görülən işlərin o qədər də ürəkaçan olmadığını təəssüflə qeyd edib, bələdiyyə sədrinə, üzvlərə və bələdiyyə qulluqçularına ayrı-ayrılıqda tapşırıqlar verib.
RİH başçısı işdə dönüş yaratmaq məqsədi ilə hər bir bələdiyyə üzvü üçün görəcəyi işin müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qarşıdan gələn il üçün mükəmməl iş planının tərtib olunması bələdiyyə üzvlərinə tövsiyə edilib. Görüşdə başlıca məqsəd şəhər əhalisinin sosial həyatına neqativ təsir edən amillərin aradan qaldırılması, əhalidə yeni düşüncə tərzinin formalaşdırılmasında faydalı addımlar atmağa yönəldilib.
Səmimi söhbət şəraitində keçən görüşdə bələdiyyə üzvlərinə seçici etimadını doğrultmaq istiqamətində əməli işə meydan verməsi vəzifə borcu kimi bir daha xatırlanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz