Növbəti humanitar aksiya

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun növbəti humanitar aksiyası İsmayıllı rayonunda keçirilib. İsmayıllı Mərkəzi Uşaq Poliklinikasında həyata keçirilən humanitar aksiya zamanı 1000 ədəd koral və foskal pereparatları burada çalışan həkimlərə təqdim olunub. Növbəti humanitar aksiya

Dərmanlar yeni doğulmuş körpələr və uşaqlar üçün nəzərdə tutulub. Pereparatların tərkibində dəmir asanlıqla sorulan, yeni doğulan uşaqlar üşün yaxşı dozalanan dəmir – sulfat dozalıdır. Bu pereparatlar əsasən uşaqlarda qan artımına, sümüyün normal bərkiməsinə xidmət edir. Təqdimat zamanı Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, uşaqlar ölkənin və millətin gələcəyi, hər bir ailənin sevinci, nəslin davamçısıdır. Ona görə də bütün dövrlərdə uşaqların xoşbəxt, firavan yaşaması, eyni zamanda əsil vətəndaş, şəxsiyyət kimi böyüməsi cəmiyyəti daim narahat edən, düşündürən məsələlərdən biridir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Onu da qeyd edək ki, aksiyanın təşkilində və keçirilməsində Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin xüsusi rolu olmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz