“Klub- 25” proqramı nədir?


Azərbaycan Qırmızı Aypara Cəmiyyəti (Az. QAC) ölkədə sağlamlıqla bağlı “Sağlam həyat tərzi”, HİV-AİDS, vərəm, narkomaniya, süd vəzi xərçəngi, psixi sağlamlığın qorunması, könüllü qan donorluğu və sair mövzularda təbliğat yönümlü tədbirlər həyata keçirir. Cəmiyyət həmçinin ölkədə könüllü qan donorluğunun inkişaf etdirilməsi sahəsində vacib tədbirlər nəzərdə tutmuşdur. Bu da gənc qan donorlardan ibarət “Klub-25”-in yaradılması və inkişaf etdirilməsidir. “Klub- 25” proqramı nədir?

Azərbaycan Qırmızı Aypara Cəmiyyəti (Az. QAC) ölkədə sağlamlıqla bağlı “Sağlam həyat tərzi”, HİV-AİDS, vərəm, narkomaniya, süd vəzi xərçəngi, psixi sağlamlığın qorunması, könüllü qan donorluğu və sair mövzularda təbliğat yönümlü tədbirlər həyata keçirir. Cəmiyyət həmçinin ölkədə könüllü qan donorluğunun inkişaf etdirilməsi sahəsində vacib tədbirlər nəzərdə tutmuşdur. Bu da gənc qan donorlardan ibarət “Klub-25”-in yaradılması və inkişaf etdirilməsidir.

Onu da qeyd edək ki, Beynəlxalq Qızıl Xaç və Aypara Cəmiyyətləri Federasiyası bu klubun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini get-gedə genişləndirir. Klub proqramı ilk dəfə 1989-cu ildən fəaliyyət göstərir. Bəs, “Klub-25” proqramı nə deməkdir? Adından bəlli olduğu kimi, bu proqramın əsas vəzifəsi gənclərin orta məktəbi bitirdikdən sonra qan donorluğuna cəlb olunması və gənc yaşlarında 25 dəfə qan verməsini təmin etməkdən ibarətdir. Proqram işini donorluqla bitmiş hesab etmir. O həmçinin gənclər arasında sağlam və təhlükəsiz həyat tərzinin təbliği, gənclərdən ibarət daimi, təhlükəsiz, könüllü və təmənnasız qan donorları şəbəkəsinin yaradılmasına xidmət edir.
Gənclərin qan donorluğu sahəsində maarifləndirilməsi, qan köçürülməsi ilə əlaqədar əmələ gələn infeksion xəstəliklər haqqında məlumatlandırılması, bununla da ölkədə qan donorluğunun inkişaf etdirilməsi məsələsinə kömək etmiş olur. Bu, qan donorlarının məcburi yığılması deyil, onların könüllü olaraq donorluq şəbəkəsinə dəvət olunması proqramıdır. “Klub-25” orta məktəb şagirdlərindən başlayaraq, bütün gənclərdə ömürlük “təhlükəsiz və möhkəm qan donorluğu” anlayışının yaradılması, onlarda sağlamlıq haqqında biliklərin möhkəmləndirilməsi və gələcəkdə təhlükəsiz həyat tərzi sürməyə yönəldilməsi kimi məsələlərə nail olmağı planlaşdırır.

Azərbaycanda belə klubların təməli 2006-cı ildə qoyulub və bir il sonra fəaliyyətə başlayıb. Belə klublar Bakı, Sumqayıt və Sabirabadda yaradılmışdır. Klubun yaradılmasında məqsəd “Sağlam, könüllü, gənc qan donorlarının gücünü səfərbər edərək, qana ehtiyacı olan insanlara yardımçı olmaqdır. Əsas hədəf qrupları gənclər, yeniyetmələr və qana ehtiyacı olan insanlardır.
Bu günlərdə belə klubun İsmayıllıda da yaradılmasına dair seminar keçirildi. Seminara şəhərin idarə və təşkilatların nümayəndələri dəvətli idilər. Seminarı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət xanım Qaraxanova aparmışdır. “Azərbaycanda könüllü qan donorluğunun inkişafı” mövzusunda çıxış edən Mətanət xanım dinləyicilərə qanın, donorluğun əhəmiyyətindən geniş danışmışdır. O, donorluğa kimlərin qəbul olunması, qan qrupları, qan qohumlarının nikahı zamanı ötürülən xəstəliklər və sair barədə geniş söhbət açdı.
Seminarda donorluğun inkişaf etdirilməsində gənclərin rolu xüsusilə vurğulandı. Təssüf ki, hər sahədə olduğu kimi, bu işdə də gənclərimizin fəalliğı nəzərə çarpmır. Məktəblilərin gücündən istifadə edərək valideynlərin qanvermə işinə cəlbini xeyli canlandırmaq mümkündür. Gənclərin gücü ilə rayonumuzda qeydiyyatda olan talasemiyalı uşaqlar üçün qan ehtiyatı yaratmaq mümkündür. Bir gənc xəstə uşağı hamiliyə götürərək onu ilboyu qanla təmin edə bilər. Bu istiqamətdə rayonda maariflənmə işlərinin səviyyəsindən də razı qalmaq olmaz. Deməli, rayon Gənclər və İdman İdarəsi üçün bu istiqamətdə geniş fəaliyyət proqramı var, yalnız işə girişmək lazımdır.
B.Babayev

Şərh Yaz