Dostluq

Dostluq – birtərəfli fədakarlıqdır.Dostluq

Dostluqda məhəbbət qarşılıqlı, maraq isə əvəzsiz olur. Dost görəndə və biləndə ki, dostunun onun köməyinə və qayğısına ehtiyacı var, o, dostunun xahişini gözləmədən, imkanı daxilində heç bir əvəz, sağol, minnətdarlıq ummadan dostuna kömək əlini uzadır.
Dostluğun qədrini bilən və onu əziz tutan kəs, hər xırda işdən ötrü dostuna ağız açmamalı, işin həllinin yüz yolu, üsulu varsa, onun 99-nu yoxlayıb sınaqdan çıxarmalı, başqa çıxış yolu qalmadıqda, dostuna müraciət etməlidir. Bu yazılmamış qaydalara əməl edən kəs dostundan və dostluqdan arxayın ola bilər, belə dostluq ölməzdir, nahaq demirlər ki, dost çətin günün arxası, dayağıdır: Ümumiyyətlə, çalış heç kəsdən, hətta dostundan da, heç nə istəmə, hər bir halda, can bahasına əldə etmək ağız açmaqdan yaxşıdır.

Şərh Yaz