Ehtiyac

Ehtiyac dəhşətdir. Ehtiyac
Ehtiyac dəhşətdir. Bu, çörəksiz günlər, yuxusuz gecələr, lampasız, qaranlıq, işıqsız axşamlar, odsuz ocaq, soyuq yataqdır. Həftələrlə heç nə qazanmaq olmur, ümidsiz gələcək. Bu, o deməkdir ki, evə gəlib, ev kirəsi verilmədiyindən qapının qıfıllandığını, sənin vəziyyətindən xəbəri olan qonşuların istehzalı gülüşlərini görürsən. Bu, həm də alçalmaq, yaralanmış mənlik, şalvarın dizdən, pencəyin dirsəkdən süzülüb dağılması, başda isə cavan qızlarda gülüş doğuran nimdaş papağın olması, hər hansı miskin işə qatlamaq məcburiyyəti, hər şeyə qarşı ikrah, qəhər və düzgünlük! Ehtiyac və düzgünlük…
Haqqı, ədaləti sevənlər sonuncunun xatirinə birinciyə dözmüş və dözəcəklər.

Şərh Yaz