Kompensasiyaların ödənilməsi məsələsinin müzakirəsi

Kompensasiyaların ödənilməsi məsələsinin müzakirəsi
Aim Texas Trading, LLC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində toplantı keçirilib.

Toplantının keçirilməsində məqsəd su-kanalizasiya çəkilişi zamanı əhalinin mülkiyyətində olan torpaq sahələrinə dəymiş zərərə görə kompensasiyaların ödənilməsi məsələsinin müzakirəsi olub. Onlara məsələ ilə bağlı məlumatlar çatdırılıb.
Aim Texas Trading, LLC şirkətinin nümayəndəsi layihə haqqında məlumat verib. Dəymiş ziyanın hansı mərhələlərdən sonra ödəniləcəyini deyib. Şirkətin nümayəndəsi onlar tərəfindən müəyyən edilmiş şəxslər vasitəsi ilə sorğu aparılacağını deyib.
Aparılan sorğu kompensasiyanın miqdarının müəyyənləşdirilməsində əhəmiyyət kəsb edəcək. Sorğuya münasibət bildirməyin vacibliyi qeyd olunub. Bu işin 30 gün ərzində başa çatacağı vurğulanıb. Kompensasiya məsələsi ilə bağlı müraciətlərin avqust ayının sonunadək qəbul olunacağı açıqlanıb.
Sonda şəhər sakinlərini maraqlandıran suallar cavablandırılıb.
Çinarə Bəhərçinli

Şərh Yaz